Fransada Sosial Şəbəkələrə Senzura Tətbiqi artır

Fransa sosial şəbəkələr üzərində senzura ənənəsi yaradıb

Fransada Sosial Şəbəkələrə Senzura Tətbiqi artır

Fransa, sosial şəbəkələr üzərində senzura tətbiq edən yeni qanunlar qəbul edir. Avropa İttifaqı çərçivəsində bu tətbiq 2018-ci ildən rəsmi olaraq başlayıb. Bu il Fransada "onlayn mühitdə dezinformasiyaya qarşı mübarizə tədbirləri" təklifi müzakirə edilərək, "İnformasiya manipulyasiyasına qarşı mübarizə" adlı qanun qəbul edilib. Bu yeni qanun, ölkədə informasiya dövriyyəsini idarə edən bütün qanunlarda dəyişiklik etməyi və dezinformasiyaya qarşı mübarizəni daha da sərtləşdirməyi hədəfləyir.

Qanun, seçki prosesi dövründə dezinformasiya xarakterli məlumatların yayılmasını qadağan edir. Qadağaların pozulması halında 1 illik həbs cəzası və ya 75.000 avro qədər müvafiq cərimə tətbiq edilir. Sosial şəbəkə platformalarının da məsuliyyət daşıdığı bu qanunlar, "yalan məlumatların" yayılmasının qarşısını almaq üçün mexanizmlərin yaradılmasını tələb edir.

2020-ci ilin may ayında qəbul edilən "Nifrət nitqi haqqında Qanun" da sosial şəbəkələri əhatə edir. Prinsipləri pozan platformalar 1,25 milyon avroya qədər cərimələnə bilər. Analitik mərkəzlər bu qanunların demokratiyaya və ifadə azadlığına birbaşa təhlükə olduğunu iddia edirlər. Məsələn, "Euronews" qeyd edir ki, Fransa parlamenti seçki kampaniyaları zamanı "saxta xəbərləri" operativ olaraq silmək üçün səlahiyyət verərək tənqidi fikirləri bastırır.

Almaniyanın "Feysbuk Aktı" da sosial şəbəkələrdə dezinformasiya ilə mübarizə məqsədini güdür. 2017-ci ildən tətbiq olunan bu qanun, 2 milyon istifadəçisi olan sosial şəbəkələrə öz ofislərini Almaniyada açmağa və müvafiq mexanizmləri tətbiq etməyə məcbur edir.

Bu qanunlar Avropa Ittifaqına da sirayət edir. Son 5 ildə, onlayn informasiya resursları üzərində mühüm senzura qanunları qüvvəyə minib. "Avropa Media Azadlığı Aktı" (EMFA), "Rəqəmsal Xidmətlər Aktı" (DSA) və "Rəqəmsal Bazarlar Aktı" (DMA) bu qanunların içində yer alır.

Bununla yanaşı, Avropa Komissiyası, "Rəqəmsal Bazarlar Qanununu" pozan "Apple" və "Meta" şirkətlərini cərimələyib. Ancaq bu cərimələrin arxasında dərin və narahatedici tendensiyalar durur: Avropada söz azadlığına qarşı məhdudiyyət tətbiq etmək meylləri.

Amerika Birləşmiş Ştatları, Avropa İttifaqının "Apple" və "Meta" şirkətlərini cərimələmə qərarını demokratiyaya zərbə və senzura tətbiqi kimi qiymətləndirib. ABŞ, Avropada sosial şəbəkələrə qoyulan məhdudiyyətlərdən narazılıq edilərək, "kütləvi məsuliyyət" tətbiqinin yanlış olduğunu bildirib.

Sonuç etibarı ilə, Avropa Ittifaqı çərçivəsində tətbiq olunan bu qanunlar söz azadlığına ziddir və çoxsaylı beynəlxalq təşkilatlar bu tendensiyanı tənqid edirlər. Avropanın bu gün daxili tipli senzura tətbiqlərinə məruz qalmadan, həqiqətən ifadə azadlığını ön plana çıxartması tələb olunur.

Bu vəziyyətdə, Azərbaycan kimi ölkələrdə eyni qanunların qəbul edilməsi halında Avropa İttifaqından gələcək reaksiyanın necə olacağı mübahisəli bir mövzudur. Qərb ölkələrinin, Azərbaycanda baş verən hadisələrə münasibətlərinin hypocrit bir yanaşma olduğu görünür.