SOCAR-da Vəzifə Standartları ilə Bağlı Problemlər

SOCAR Azneft İB Neft Daşlarindan Kərimov Rac yazır

SOCAR-da Vəzifə Standartları ilə Bağlı Problemlər

“SOCAR Azneft İB Neft Daşlarından Kərimov Rəc yazır... düşünür və ümid edir ki, bəlkə sahə üzrə aidiyyəti bir mütəxəssis tapılıb onun suallarına cavab verə bilər?” "Dia-az" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.

Mirvari Qəhrəmanlı daha sonra əlavə edib: "Azneft İB- hörmətli məsul şəxslərindən artıq dərəcədə xahiş edirəm, məni 5-ci dərəcəli neft qaz çıxarma operatorunun vəzifə standartı ilə tanış edilməmi kömək etsinlər! Bax, bu gün xahiş etmişəm məni idarədən göndəriblər. Bu standartı da SOCAR Baş Ofisində tanımırlar deyirlər ki, bu köhnədir. Bu köhnədir, təzəsini də axtarıram tapa bilmirəm, yaxşı bəs mən nə edim? Köhnə dedikləri standartın karyera yüksəlişi imkanları bölməsində qeyd olunur ki, 12-ci dərəcəli neft qaz çıxarma ustası olmaq üçün qeyri-ixtisas təhsili ilə 5 il istehsalatda iş stajı, orta ixtisas təhsili ilə istehsalatda 3 il iş stajı, bakalavr təhsili ilə istehsalatda 1 il iş stajı tələb olunur.

Yalnız qeyd etmişəm.
Digər bir SOCAR cavabında qeyd olunur ki: SOCAR-da 8-11-ci dərəcəli usta vəzifələri üzrə minimal iş təcrübəsi kvalifikasiya tələbləri SOCAR-ın 20 may 2022-ci il tarixli SOCAR221000030300070020B00294 nömrəli əmri ilə “Müvafiq ixtisas sahəsi üzrə ali təhsili olduqda 1 il, orta ixtisas təhsili olduqda 3 il, ali və ya orta ixtisas təhsili müvafiq ixtisas sahəsi üzrə olmadıqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi” kimi təsdiq edilmişdir.

Yaxşı bəs bu qərar həmin standartda niyə əks olunmur?
Xahiş edirəm yeni standart nədir, onu mənə verin, mən həmin standartla VTISK-ni uyğunluğunu müəyyənləşdirməyi istəyirəm.
5-ci dərəcəyə işə qəbul zamanı peşə təcrübəsinin tələb olunmaması VTISK-ə uyğun olduğunu bildirildi. Görünür 11-12-ci dərəcəli usta vəzifəsinə olan tələb VTISK-də nəyərdədir.
Bundan əlavə dərəcə diapazonu 2-6 arasıdır. 6-cı dərəcə barədə maraqlandım, dedilər onu ancaq yuxuda görə biləsən, bu heç. Bəs işə qəbul zamanı 2-ci dərəcə niyə tətbiq edilmir?

Bir də "vəzifənin icra etdiyi fəaliyyətlərin siyahısı"nda qazlift və fontan quyularından, aqreqatdan, hava kompressor stansiyası barəsində, tənzimləyicilər və s. işlər barədə heç nə qeyd olunmayıb. Ancaq mancanaq - kaçalka.

Bu məsələləri qaldırmaq mənim işim deyil, mən fəhləyəm. Aidiyyəti şəxslər qala-qala fəhlə niyə bu xətaları arayıb tapmalı və diqqət çatdırmalıdır?
Xahiş edirəm məsələlərdən bu məqamları bir nizama salsınlar bilək nə var, nə yox. İşləmək lazımdır.

Dia-az