"Sumqayıt bələdiyyəsi qanunsuz addım atır!"
“Sumqayıt şəhər Bələdiyyəsi ilə aramızda torpaq icarəsi üzrə heç bir rəsmi müqavilə yoxdur
"Sumqayıt bələdiyyəsi qanunsuz addım atır!"

Sumqayit şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi 48 ünvanında yerləşən "Perla" Psixoloji İnkişaf Mərkəzi ictimai obyektinin sahibi Rzayev Heydər Nizami oğlu "AzPolitika"ya müraciət edərək, Sumqayit şəhər Bələdiyyəsi ilə aralarında torpaq icarəsi üzrə heç bir rəsmi müqavilə olmadığını bildirib. O, bələdiyyəyə bir il əvvəl rəsmi ərizə ilə müraciət etdiklərini, lakin bunun bir sıra səbəblərdən uzandığını qeyd edib. Rzayev, bələdiyyədən bildirildiyini söyləyir ki, guya obyekt üzrə əvvəlki dövrə aid borc mövcuddur və öncə həmin borcun ödənilməsi tələb olunur. Ancaq, onun sözlərinə görə, qarşı tərəfdən bu borcun hansı əsasla və hansı müqaviləyə əsasən yarandığını təsdiq edən sənədlər təqdim edilməyib.
Sikayətçi, bələdiyyənin heç bir xəbərdarlıq etmədən ona məxsus obyektin qarşısına qanunsuz şəkildə betondan plitə yerləşdirdiyini və bununla fəaliyyətlərinə süni maneələr yaratmağa çalışdığını vurğulayıb. "Biz öz dövrümüzdə yaranan təxminən 600 manat civarındakı torpaq icarə vergisini ödədik. Ancaq bələdiyyə nə rəsmi xəbərdarlıq, nə də məhkəmə qərarı təqdim etmədən, qanunsuz olaraq obyektin girişinə beton plitə qoyub. Biz rəsmi qaydada müraciət edərək bildirdik ki, bu məsələ yalnız məhkəmə yolu ilə həll olunmalıdır. Əgər məhkəmə tərəfindən borc olduğu müəyyən olunarsa, həmin məbləği ödəməyə hazırıq. Lakin bələdiyyə konkret bir sənəd və ya hüquqi əsas təqdim etmədən, sadəcə "biz edə bilmirik" deyərək məsuliyyətdən yayılır," - deyə Rzayev əlavə edib.
Rzayev, bələdiyyənin son olaraq israrla əvvəlki dövr və mülkiyyətçiyə məxsus olduğu iddia olunan 3300 manat məbləğindəki borcun ödənilməsini tələb etdiyini bildirib. "Bu obyekti mən iki il əvvəl almışam və həmin dövrdən etibarən bütün ödənişləri vaxtında etmişəm. Borc əvvəlki mülkiyyətçiyə aiddir. Maraqlıdır, əgər bu borc əvvəldən mövcud idisə, niyə qarşı tərəf bağlı borcun ödənilməsinə dair tədbirlər görülməyib? Niyə mənə rəsmi şəkildə bu barədə məlumat verilməyib? Əgər Nazirlər Kabinetinin və ya Bələdiyyə Nizamnaməsinin hər hansı bir bəndində belər hallarda obyekt qarşısına beton plitə qoyulması ilə vergi tutulması qaydası varsa, biz bu yanaşmanı "alqışlayıb" öz fəaliyyətimizi də bu istiqamətdə qurarıq. Lakin bu tamamilə özbaşına və hüquqi əsası olmayan bir addımdır," - deyə sikayətçi bildirir.
H. Rzayev, əlavə edib ki, bu yanaşma Sumqayit şəhərindəki digər ictimai iaşə obyektlərinə, o cümlədən şadlıq evlərinə qarşı da tətbiq olunur. Sikayətçi, sonda mətbuat vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını və lazımi tədbirlərin görülməsini xahiş edir.
AzPolitika, Rzayevin bəyanatlarını nəzərə alaraq, bu məsələnin ictimaiyyətə açıqlanması və hüquqların müdafiəsi ilə əlaqədar olaraq daha geniş ictimai müzakirələrə səbəb ola biləcəyini vurğulayır.