Otoplastika əməliyyatı sonrası fəsad iddiaları!
“DrGünelMammadli” adı ilə tanınan həkim otoplastika əməliyyatından sonra pasiyent fəsadlarla üzləşdi !Sosial şəbəkələrdə “DrGünelMammadli” adı ilə tanınan və hazırda “Baku Medical Plaza”da fəaliyyət göstərən otoplastika həkimi Günel Məmmədli ilə bağlı ciddi iddialar gündəmə gəlib
Otoplastika əməliyyatı sonrası fəsad iddiaları!

“DrGünelMammadli” adı ilə tanınan həkim otoplastika əməliyyatından sonra pasiyent fəsadlarla üzləşib!
Sosial şəbəkələrdə “DrGünelMammadli” adı ilə tanınan və hazırda “Baku Medical Plaza”da fəaliyyət göstərən otoplastika həkimi Günel Məmmədli ilə bağlı ciddi iddialar gündəmə gəlib. Pasiyent Nərminə Həsənova, bir il əvvəl keçirdiyi qulaq estetikası (otoplastika) əməliyyatından sonra ciddi səhiyyət fəsadları yarandığını söyləyir.
Nərminə Həsənovanın sözlərinə görə, o, Günel Məmmədliyə müraciət edərək 2500 manat qarşılığında əməliyyat etdirib. Əməliyyatdan qısa müddət sonra qulağında iltihablı axıntılar və şişkinliklər müşahidə olunub. Zərərçəkmiş bildirir ki, vəziyyətini izah etmək üçün yenidən həkimin yanına müraciət etdikdə, Günel Məmmədli məsuliyyətdən yayınaraq “get hara istəyirsən şikayət et, mən heç kimdən çəkinmirəm” cavabını verib. Bu məsələ ilə bağlı Günel Məmmədlinin tibbi fəaliyyət göstərmək üçün tələb olunan rəsmi diplom, icazə və sertifikatlarının olub-olmadığı hələ ki, dəqiqləşdirilməyib. İctimaiyyətin narahatlığına səbəb olan bu iddialar, xüsusilə də sağlamlıqla birbaşa bağlı olan tibbi müdaxilələr fonunda, araşdırılmağa ehtiyac duyur. Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq. Eyni zamanda inanırıq ki, məsələlə bağlı aidiyyəti qurumlar – Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən hüquqi araşdırmalar aparılacaq və əgər qeyd edilənlər təsdiqlənərsə, günahkar şəxslər qanun qarşısında cavab verəcəklər. Xüsusi.Tv Bu vəziyyət tibbi etik məsələlər və xəstə hüquqları ilə bağlı mühüm suallar yaradır. Pasiyentlərin sağlamlığı və təhlükəsizliyi müasir tibbin əsas prinsiplərindəndir. Belə iddiaların işıqlandırılması, yalnız zərərçəkmişlərin hüquqlarının qorunması deyil, eyni zamanda, bütün cəmiyyətin sağlamlıq xidmətlərinə olan inamını artırmaq baxımından da vacibdir.