"Siyəzəndə yem zəhərlənməsi: 100 min ziyan"

Siyəzəndə Quşçuluq Təsərrüfatının Ziyanı və Şikayət Prosesi
Siyəzən rayonunun sakini və sahibkar Rəhim Süleyman oğlu Hüseynov, Ağdaş Yem Fabrikindən aldığı yem səbəbindən quşçuluq təsərrüfatının məhv edilməsindən şikayətçidir. O, bu məsələnin daha əvvəl müxtəlif media orqanlarında işıqlandırılmasına baxmayaraq, hələ də öz həllini tapmadığını bildirib.
Sahibkarın sözlərinə görə, o, Ağdaş Yem Fabrikinin rəhbərliyi ilə şifahi razılaşma əsasında qurumdan yem alaraq quşçuluq təsərrüfatı ilə bağlı fəaliyyət göstərib. Lakin 2023-cü ilin yayında bəslədiyi quşların adıçəkilən fabrikin yemindən zəhərlənməsi faktının aşkarlandığını vurğulayıb. Rəhim Hüseynov, toyuqların kütləvi şəkildə öldüyünü gördükdən sonra, adıçəkilən fabrikin rəhbər şəxslərindən olan Masallah Tagiyev, həkim Nuran Agayev və digər şəxslərin təsərrüfatına gəlməsini tələb etdiyini bildirib. Ancaq həkim Nuran Agayev, baxış keçirdikdən sonra əvvəlcə toyuqların cuma xəstəliyinə yoluxduğunu iddia edib.
Sahibkar, araşdırma aparmağı və düzgün diaqnoz qoyulmasını tələb etdikdən sonra 20 ölü toyuq müayinəyə göndərilib. Həqiqətən də, toyuqların zəhərlənmə nəticəsində öldüyü öz təsdiqini tapıb. Yalnız Masallah Tagiyev, yemdən zəhərlənmənin təsdiqini gördükdən sonra, dəyən ziyanın qarşılanacağını bildirib. Həmçinin, zərərçəkmiş sahibkardan məsələyə bağlı hər hansı yerə şikayət olunmamasını xahiş edib.
Bununla yanaşı, R. Hüseynov iddia edib ki, zərərçəkən yalnız özü yox, Siyəzən rayonunda Seymur, Elçin və Vahab adlı 3 sahibkar da yemın keyfiyyətsizliyi səbəbindən külli miqdarda ziyana düşüb. Sahibkar zəhərlənmənin öz təsdiqini tapdığına görə ona dəyən ziyanın ödənildiyini bildirib. Bu hadisədən sonra isə uzun müddət Ağdaş Yem Fabrikindən yem almayıb.
Eləcə də, 2024-cü ilin sentyabrında Ceyranbatan quşçuluq fabrikindən 36 min cücək aldığını və bu müddət ərzində Ağdaş Yem Fabrikinin işçilərinin onu Masallah Tagiyevin köhnə işçilərindən çıxardığına və yeni komanda gətirdiyinə inanıldığını qeyd edib. Bunun nəticəsi olaraq daha keyfiyyətli yem istehsal edildiyinə inandığını bildirib.
Sikayətçi bildirir ki, noyabr ayında alınan yemlər 3 ayrı fermada toyuqların hamısının zəhərlənməsinə səbəb olub. Qısa müddətdə 19,190 toyuğun tələf olduğunu, 100 min manata yaxın zərərin dəydiyini diqqətə çatdırıb. R. Hüseynovun sözlərinə görə, hələ də əsas həllini tapmayan məsələ burada başlayıb. Kütləvi ölümün yeni yemdən qaynaqlandığını müəyyənləşdirən sahibkar, Masallah Tagiyevi təsərrüfatına dəvət edib. Ancaq həkim Nuran yem almağa inandıran Ədalət və Elnurla birgə təsərrüfata gəldikdə, fərqli bəhanələr səsləndiriblər.
Sikayətçi iddia edib ki, uzun təkidlərdən sonra toyuqlardan qan alınaraq analizə göndərilib. Lakin 2024-cü il 28 noyabr tarixində Masallah Tagiyev, külli miqdarda pul ödəməklə ona saxta analiz cavablarını təqdim edib. Həmin sənəddə guya toyuqlarda quş qripi və cuma xəstəliyi aşkarlandığı qeyd olunub. Zərərçəkən sahibkar bildirib ki, sözügedən analiz sənədində nə möhür, nə də imza olmayıb. Həmçinin, toyuqların cinsi və növü də səhv göstərilib.
Sahibkar, həmin sənədin etibarlılığını yoxlamaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentliyin 17 mart 2025-ci ildə göndərdiyi cavabda, həmin sənədin əsas məlumatlarının heç biri olmadığı üçün onun etibarlılığını yoxlamağın qeyri-mümkün olduğu qeyd edilib.
Eləcə də, Rəhim Hüseynov AQTA-ya toyuqların ısıl ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müraciət etdiyini, cavabda isə toyuqların quş qripi və cuma xəstəliyinə tutulmadığını, qaydalara uyğun olaraq vaksin olduqlarını, lakin yemin məhz Masallah Tagiyevdən alındığını öyrəndikdən sonra toyuqların ısıl ölüm səbəbini deməkdən boyun qaçırdıqlarını bildirib. Sözlərinin davamında, dəfələrlə müraciət edilməsinə baxmayaraq, agentlik tərəfindən müxtəlif bəhanələrlə yola verildiyini vurğulayıb.
Bundan başqa, o, Ağdaş Yem Fabrikinin vergidən yayınaraq kassa, mədaxil, qəbz və yaxud məhsulun alındığını göstərən heç bir sənəd olmadan fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Sikayətçi olan zərərçəkən məsələ ilə bağlı düzgün araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət edib, həmçinin Prezident İlham Əliyevdən kömək istəyib.
Daha ətraflı videomaterial üçün aşağıdakı linkə daxil olun: