"Rəsidovun qanunsuz əməlləri: Vətəndaşların haqları"

“Dasinmaz ?mlakin Dövl?t Kadastri v? Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin rəisi vəzifəsində çalışan Rəsidov Mustafa Süleyman oğlu, vətəndaşlara məxsus torpaq sahələrinə çıxarışlar vermək üçün qanunsuz yollarla fəaliyyət göstərir. O, peçatsız və möhürsüz blanklardan istifadə edərək imtina qərarları çıxarır. Hətta, vətəndaşların valideynlərindən miras qalan bağ sənədlərini də tanımayıb onlara çıxarış verməmək üçün müxtəlif yollar axtarır.
Bu işdə Rəsidovun müavini Aida Məmmədli xüsusi canfəşanlıq nümayiş etdirir. Görünən odur ki, müdir və müavin birgə fəaliyyət göstərirlər. Buradan iki nəticə ortaya çıxır: ya Mustafa Rəsidov və Aida Məmmədli birgə fəaliyyət göstərirlər, ya da Mustafa müəllimin müdir kimi sadəcə adı var. Yəni, idarədə onun sözünün keçməsi mümkün deyil, müavini Aida Məmmədlinin fikirləri daha çox əhəmiyyət kəsb edir.
Nəticədə, vətəndaşlar dövlətdən narazı qalırlar. Vətəndaşlarla dövlət arasında böyük uçurum yaranır. 1 saylı ərazi idarəsinin rəhbərliyi özbaşınalıqlar və qanunsuzluqlarımızla bu uçurumun yaranmasına səbəb olurlar. Belə bir vəziyyətdə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti və onun tabeliyində olan “Dasinmaz əmlakın Dövlət Kadastri və Reyestri” publik hüquqi şəxsin rəhbərliyinin də qanunsuzluqlara yol verdiyi ehtimal olunur. Necə deyərlər, “balıq başdan iylənir”. Aydındır ki, Mustafa müəllim bu qanunsuzluqları ona göz yuman rəhbərliyindən öyrənib. Əks halda, ona “dur” deyən tapılar və vətəndaşların incidilməsinə icazə verilməzdi.
Bundan əlavə, Mustafa Rəsidovun məhkəmələrə də bata bilmədiyi məlumdur. 1 saylı Bakı ərazi İdarəsinin qəbul etdiyi qanunsuz qərarlara görə şikayət edən vətəndaşların işi boşuna çıxır. Görünür, Mustafa müəllim məhkəmələrdə yol tapmağın “yolu”nu da yaxşı bilir. Vətəndaşa valideynlərindən qalan bağ sənədlərinin doğruluğunu arxiv sənədlərinə baxaraq yoxlamaq əvəzinə, onlara birbaşa çıxarış verməkdən imtina edən Mustafa müəllim və onun havadarları netice itibari ilə təzyiq altında olan yeganə tərəfdaş olduqlarını görürlər.
Baxmayaraq ki, Bakı 1 saylı ərazi idarəsini rüsvət və korrupsiya idarəsinə çevirib, rüsvət verməyənlər Mustafa müəllimin “qara siyahı”sına düşür. Nəticədə, ziyan çəkən yeni vətəndaşlardır. Hərçənd bu ölkədə qanun yox, qanun sahdir. Ümid edirik ki, Mustafa müəllimlə bağlı aidiyyəti qurumlar müvafiq araşdırmalara başlayacaqlar və onun qanunsuz əməl etməsinə imkan verməyəcəklər.
TəhsilMedia.az
```