“Mingəçevirdə hüquq pozuntusu: Zamin sıxışdırılır”

Mingəçevir şəhər sakini Cəfərov Mübariz Fərman oğlu tərəfindən Hurriyyet

“Mingəçevirdə hüquq pozuntusu: Zamin sıxışdırılır”

Mingəçevir sakini Cəfərov Mübariz Furman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına daxil olmuş şikayət məktubunda ədliyyə Nazirliyi tərəfindən yaşadığı haqsızlıqlara etiraz edilib.

Şikayətçi bildirir ki, 2013 və ya 2014-cü illərdə Ucar rayonunun Çil kənd sakini olan qayını Zamanov Söhrət Miri oğlu Mingəçevir şəhərində fəaliyyət göstərən "Unibank"dan 2000 dollar məbləğində kredit götürmüşdür. Qayını olduğu üçün ona zamin durmuşdur. 2015-ci ildə baş verən devalvasiya ilə bağlı Zamanov vaxtında bütün pulu ödəyə bilməmişdir.

07.11.2016-cı il tarixində pul ödənilmiş və Ucar Rayon Məhkəməsinin 2(063)-1472 nömrəli icra sənədinin icraatına xitam verilməsi barədə qərar verilmişdir. Ancaq bank, bilinməyən səbəblərdən Zamanov Söhrət Miri oğlunu yenidən "borclu şəxs" kimi göstərmişdir. Məhkəmə Zamanovun 812,5 dollar və 20 manat xidmət haqqını ödəməsi barədə xəbərdarlıq göndərmişdir. Məhkəmənin qərarını göstərdikdən sonra, bir müddət durgunluq yaşanmışdır.

19.02.2025-ci ildən Mingəçevir şəhər probasiya xidmətindən Mübarizə Cəfərova xəbərdarlıq göndərilib ki, Zamanovun borcunu ödəməlidir, əks halda əmlakı müsadirə ediləcək və ölkədən kənara çıxması qadağan olunacaq. Ucar Rayon Məhkəməsinin xitam verilmiş qərarını probasiya xidmətinə göstərdiyində, Mingəçevir probasiya xidmətində Ruqiyyə Səfərova bu qərarın bu borca aid olmadığını bildirmişdir. Bankla əlaqə saxlayarkən, Ramin adlı şəxs Zamanovun 255 dollar, yəni 341 manat borcu qaldığını bildirmişdir. Probasiya xidməti isə əlavə olaraq 96 manat pul tələb etmişdir.

Mübariz Cəfərov Ruqiyyə Səfərova ilə etirazını bildirmiş və 431 manata qarşı 96 manat tələb edilməsinin səbəbini soruşmuşdur. O, Məhkəmənin qərarını əsas götürdüyünü bildirmişdir. Bu səbəbdən, onun maşınına stop qoyulmuşdur. Ödəmə tam başa çatdıqdan sonra maşını götürə biləcəyini bildirmişlər.

Məhkəmənin qərarı olmasına baxmayaraq, Mübariz Cəfərov 532 manat pul ödədiyini bildirmişdir. İcra məmuru 98 manat pulu icra xidmətinə çıxarmışdır. Ruqiyyə Səfərova isə Məhkəmənin qərarını nəzərə almayıb.

Qeyd edim ki, Mübariz Cəfərovun iki övladı 44 günlük Qarabağ müharibəsinin iştirakçısıdır və Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən medallarla təltif olunublar. Böyük oğlunun 3, kiçik oğlunun isə 2 medalı var.

Devalvasiya ilə bağlı Prezident o vaxt qərar vermişdi ki, vətəndaşların ödədiyi artıq pullar geri qaytarılsın, lakin onlarla geri qaytarılmamışdır. İndi də borclu şəxs bir kənarda qalmaqda, zamin duran adam isə sıxışdırılmaqdadır. Pul götürən şəxs arxayın oturub evində, amma arada qalan, əmlakına stop qoyulan Mübariz Cəfərovdur.

Bütün bu haqsızlıqlarla bağlı Mübariz Cəfərov səlahiyyətli qurumların tədbir görməsini xahiş edir. O, hazırda ölkəni tərk edə bilmir, əmlakına stop qoyulub.