"Sirvanda Ağac Kəsmə Skandalı: İcra Hakimiyyəti Sükutda"

Sirvan şəhərində yaşıllıqların qəsdən məhv edilməsi və onların yerində yeni obyektlərin inşa olunması artıq sistemli xarakter almaqdadır. XALQ xəbər verir ki, növbəti “ağac qətliami” hadisəsi şəhərin Naxçivan küçəsində qeydə alınmışdır. Heydər Əliyev prospekti ilə Naxçivan küçəsinin kəsişməsindən başlayaraq irəlilədikdə, yolun sağ kənarında çoxsaylı ağacların kəsildiyi, hətta kötükərinin betonlanaraq izlərinin silinməyə çalışıldığı aşkar edilmişdir.
Maraqlıdır, bu qədər yaşıllığın qurban verilməsi hansı zərurətdən doğub? Bu ağaclar kimin yoluna “mane” olub ki, onları bu cür məhv edirlər? Sözügedən yerdə araşdırma aparan “vətəndaşlar tv.az” üzə çıxarıb ki, “ağac qətliami” Sirvan şəhər icra hakimiyyəti başçısının müavini Orxan İbrahimovun atası, Əhmədaga İbrahimovun “işidir”. Belə ki, kəsilmiş ağacların yerində betonlanmış yol İH başçısının müavini O. İbrahimovun atası Ə. İbrahimovun obyektinə doğru istiqamətləndirilir. Məsələ burasındadır ki, adi işçiyə deyilsə də, Əhmədaga İbrahimov dövlət vəzifəsi daşıyır - o, Baş Sirvan Kollektorunun istismarı idarəsinin rəisi vəzifəsində çalışır. Həmçinin onun Sirvan və Sabirabad rayonlarında çoxsaylı obyektlərinin olması barədə mətbuatda dəfələrlə məlumat da dərc edilib.
Təəccüblüdür ki, bu miqyasda bir ağaç kəsimi və torpaq üzərində tikinti prosesi şəhər rəhbərliyi, xüsusilə də Sirvan şəhər icra başçısı İlqar Abbasovun diqqətindən necə yayınmış ola bilər? Yaxud doğrudan da, bu proseslər onun razılığı və ya göstərişi olmadan baş tuta bilərdimi? Halbuki rayonda bir sakin həyətində daş-dırnaq üstünə icazəsiz şeylər qoymağa icazə verilmir, həyətində asan ağacı icazəsiz budaya bilmir. Çünki indi “yaşıl qətliamı” gözü görməyən icra hakimiyyəti, icra hakimiyyətinin başçısı İ.Abbasovun gözündən rayon sakininin həyətində etdiyi iş qaçmır. Ancaq indi yaşıllıqların məhv edilməsi və üstünün betonlanması prosesini görməzlikdən gələ bilirlər.
Mövzunu işıqlandırarkən Sirvan şəhər İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. Üstəlik yazı hazır olsa da, İH-dən açıqlama gəldiyi üçün bir qədər də gözlədik. Ancaq artıq 2 həftədən çox vaxt keçməsinə baxmayaraq, icra hakimiyyəti onlara ünvanladığımız sorğunu cavablandırmayıb. Görünür, İH sualı cavablandırmağa ya maraqlı deyil, ya da göndərilən sorgulara ümumiyyətlə baxılmır.
Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
```