"Bayer Leverkuzen: Qələbə, Ayntraxt isə xal itirdi!"

Bundesliqanın 20-ci turuna “Ayntraxt Frankfurt” – “Volfsburq” və “Bayer Leverkuzen” – “Hoffenhaym” görüşləri ilə yekun vurulub. Arazmedia.az xəbər verir ki, ilk görüşdə komandalar hərəyə bir dəfə fərqlənib – 1:1. Digər görüşdə isə “Bayer Leverkuzen” 3:1 hesabı ilə qalib gəlib.
Turun əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb: “Verder Bremen” – “Maynts” – 1:0, “Stutqart” – “Borussiya Münxenqladbax” – 1:2, “Bavariya” – “Holstayn Kiel” – 4:3, “Haydenhaym” – “Borussiya Dortmund” – 1:2, “Boxum” – “Frayburq” – 0:1, “St Pauli” – “Auqsburq” – 1:1, “Union Berlin” – “Leyptsiq” – 0:0.
Bundesliqaya 20 turdan sonra 51 xalla “Bavariya” liderlik edir. Münxenliləri 45 xalla “Bayer Leverkuzen” izləyir. Bu turda xal itirən “Ayntraxt Frankfurt”un mövqeyinə təsir etməyib. Komanda 38 xalla mövqeyini qoruyub. Son dörd oyunda qalib gələ bilməyən “Leyptsiq” 33 xalla dördüncü, ardıcıl ikinci məğlubiyyətini alan “Stutqart” isə 32 xalla beşinci yerdədir. “Maynts” 31 xalla altıncı, aktivlərində 30 xal olan “Borussiya Münxenqladbax”, “Verder Bremen” və “Frayburq” sonrakı üç pillədə qərarlaşıb.
Eyni xala (29) malik “Volfsburq” 10-cu, “Borussiya Dortmund” 11-ci sırada yer alıb. Sonraki yerləri isə “Auqsburq” (26), “St Pauli” (21), “Union Berlin” (21), “Hoffenhaym” (18), “Haydenhaym” (14), “Holstayn Kiel” (12) və “Boxum” (10) tutur.
Bundesliqanın 21-ci turunun görüşləri fevralın 7-9-da keçiriləcək.
Mənbə: “Bayer Leverkuzen” qələbə qazandı, “Ayntraxt” xal itirdi