"Pilot Residence sakinlərindən hüquq müdafiəsi çağırışı"

Pilot Residence MTK-nin mülkiyyətçiləri, Baki şəhəri, S?bail rayonu, Rostropoviçlər küçəsi, Ev 7-15 ünvanında yerləşən yaşayış binasında mülkiyyət hüquqlarının müdafiəsi üçün yardım tələb edərək Prezident İlham Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Ali Məhkəmə sədri Inam Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Ombudsmanlara müraciət ediblər.
Sakinlərin bildirdiyinə görə, binanın tikintisi Səbail Rayon İcra Hakimiyyətinin 2 iyun 2017-ci il tarixli müvafiq sərəncamı ilə həyata keçirilib. Həmçinin, mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri tərəfindən təsdiqlənib. Sakinlər 2019-cu ildən etibarən MTK-nın qanunsuz ticarət obyektləri və tikililəri inşa etməyə başladığını, bu prosesin 2021-ci ildən sonra mediada işıqlandırıldıqdan sonra dayandırıldığını bildirirlər.
2023 və 2024-cü illərdə Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanunsuz tikililərin ləğvi ilə bağlı müvafiq qərarlar verilib. Ancaq sakinlər iddia edirlər ki, Pilot Residence MTK və onun sahibi Babək İsmayılov qanunsuz olaraq yeni tikililərə davam edir. Qonşuluqdakı Kaspian MTK ilə birgə hətta bir yerdəki tunelləri inşa etməyə çalışır.
Sakinlər Babək İsmayılovun qanunsuz fəaliyyətlərini dayandırmasını tələb edirlər. Onlar bildirirlər ki, icra hakimiyyətinin başçısı Vüqar Zeynalov və onun birinci müavini Vüqar Sixəmmədov qanunsuz tikililərə göz yumub, binanın tikintisi ilə bağlı dövləti mühafizə funksiyasını yerinə yetirmirlər. Hazırda, sakinlər Mənzil Mülkiyyətçiləri Müstəqil Cəmiyyəti yaratmaq niyyətindədirlər.
Sakinlər, MTK nümayəndəsi Babək İsmayılovun bina təsərrüfatının Sakinlərin Təşəbbüs Qrupuna təhvil verilməsindən imtina etdiyini və bələdiyyə işlərində saxtakarlıq etdiyi iddialarını irəli sürür. Eyni zamanda, onlar Ali Məhkəmənin sədri Inam Kərimovun qohumluq əlaqələrinin olduğunu iddia edərək, onun vasitəsilə haqlarının pozulacağını düşünürlər.
Sakinlər son müraciətlərində Prezidentə xitab edərək, qanunsuz tikililərin sökülməsini tələb edir, eləcə də hüquqlarının bərpa olunmasını istəyirlər. Onlar dövlət qanunlarına, ədalətli məhkəmə sisteminə inandıqlarını bildirir və müvafiq dövlət orqanlarından yardım gözləyirlər.