"Rasilə Əliyevanın Seçki Planları Pozuldu"

Sabiq məmur Rasilə Əliyeva necə Arifqızı olduÖlkədə 29 yanvar bələdiyyə seçkiləri keçiriləcəyi ilə bağlı bir çox məmur əlinə fürsət düşüb

"Rasilə Əliyevanın Seçki Planları Pozuldu"

Rasilə Əliyeva Arifqızı Bələdiyyə Seçkilərində Namizəd Olub

Ölkədə 29 yanvar bələdiyyə seçkiləri keçiriləcəyi ilə bağlı bir çox məmur üçün fürsət yaranıb. Bu fürsətdən səmərəli istifadə etmək istəyənlər arasında 13 ildir Lənkəranın icra başçisi olan Taleh Qarasov da var. Lakin bu fürsət ictimai qınaq obyekti olaraq pozulub.

“Yeni Gundem” məlumat verir ki, Lənkəran rayon icra hakimiyyəti başçısının müavini olmuş, 2023-cü ildə azyaşlı məktəblilərə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan Rasilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizəd olub.

Rasilə Əliyeva

Bununla bərabər, Rasilə Əliyevaya Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülmüşdü. Məhkəmənin hökmü ilə Rasilə Arifqızı 4 min manat cərimə olunmuşdu. Məlumat üçün bildirək ki, sabiq müavin Rasilə Əliyeva bələdiyyə seçkilərində iştirak etmək üçün soyadından imtina edərək “Arifqızı” olmuşdur.

Həmçinin seçkilərdə qalib olmaq və nəticədə sədrlik vəzifəsinə iddialı olan Əliyevanın soyadından imtina etməsinin səbəbi adının internet resurslarında uşaq zorakılığı ilə hallanması ilə bağlı olduğu bildirilməkdədir.

Rasilə Əliyeva

Lakin bu plan baş tutmur, cəmiyyət uşaq zorakılığı edən eks məmuru ifşa edərək, Taleh Qarasovun gizlin fəaliyyətini ölkə mətbuatında yayımlayaraq aşkara çıxarır. Rasilə Arifqızı irəli sürülən namizədliyini 3 gün sonra şahidində yaranan problem olduğu vurğulanaraq geri çəkir.

Bu məsələnin ört-basdır edilməsi və vəzifəsini qorumaq üçün Taleh Qarasov hərəkətə keçib. Qeyd edək ki, 66 yaşlı icra başçisi Taleh Qarasov 29 ildir ki, icra başçısı vəzifəsindədir; Kürdəmir, Cəlilabad, Neftçala və Astara rayonlarında çalışıb. 13 ildir ki, Lənkəran icra hakimiyyəti başçısı vəzifəsindedir.

Lənkəran rayon icra hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı. Yazıda adı keçənlərin münasibətini dərc etməyə hazırıq.