Bakı metrosunda qatarların hərəkətində yubanma yarandı

“Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb

Bakı metrosunda qatarların hərəkətində yubanma yarandı

Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

QSC-dən Arazmedia.az-a verilən məlumata görə, maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz “Memar Əcəmi” stansiyasına yola salınıb.

Dərhal əvəzinə qatar verilib. Nəticədə, “28 May” stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.

Mənbə: Bakı metrosunda qatarların hərəkətində yubanma yarandı