“Milan” 5 dəqiqəyə vurduğu üç qolla qalib gəldi – VİDEO
İtaliya A seriyasında altıncı tur start götürüb
“Milan” 5 dəqiqəyə vurduğu üç qolla qalib gəldi – VİDEO

İtaliya A seriyasında altıncı tur start götürüb.
Arazmedia.az xəbər verir ki, “Milan” turun açılış qarşılaşmasında “Leççe”ni qəbul edib.
İlk hissədə 5 dəqiqəyə 3 qol vuran “qırmızı-qaralar” matçın taleyini erkən həll edib.
Ardıcıl üçüncü qələbəsini qazanan “Milan” xallarının sayını 11-ə çatdırmaqla “Torino” ilə birgə şərikli lider olub.
Mənbə: “Milan” 5 dəqiqəyə vurduğu üç qolla qalib gəldi – VİDEO