SİZİN ÜMİD YERİNİZ


Səhifə bağlantısı: http://www.umidtv.com/roportaj-detay/10_deputat-xilaskar-lider-ilham-liyevin-r-hb-rliyi-al

MÜSAHİBƏLƏR

Hamısı

Deputat: “Xilaskar lider İlham Əliyevin rəhbərliyi altında dünyada yenilməz orduya malik müzəffər xalq kimi yaşayacağıq”

17.11.2020 19:27:05 (3 Yil, 5 Ay öncə) 4,55 B İzlənmə 0 Şərh
Ümit TV Muhabiri tarafından ile yapılan röportaj...
ÜMİDTV:      Dünyada çoxsaylı müharibələr olub, ancaq dünyada erməni faşistləri kimi dəhşətli vəhşiliklər, vandalizm əməlləri törədən, işğal etdikləri əraziləri tamamilə məhv edən, hərbi cinayətlər törədən ikinci dövlət olmayıb.
 Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.
Onun sözlərinə görə,  təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında  bütün yaşayış binalarını, məktəbləri, xəstəxanaları, ictimai binaları, tarixi mədəni, dini abidələri,  qəbirləri və məscidləri  darmadağın edib. “Cənab Prezidentin də dediyi kimi dünyada baş verən müharibələrdə heç bir  ölkə  erməni faşistləri kimi dağıntıya yol verməyib. Hər çeyi məhv ediblər. Təbii ki, erməmni faşistlərinin niyyəti bəllidir. Onlar bu yolla azərbaycanlılaırn öz doğma yurdlaırna qayıdıçını mümkünsüz etmək üçün hər cür vəhşiliklərə və çirkinliklərə əl atıb. Biz bu gün də erməni vandalizminin və vəhşiliyinin şahidi olmaqdayıq. Belə ki, noyabrın 10-da imzalanmış üçtərəfli birgə sülh bəyanatına əsasən Kəlbəcər  noybarın 15-dək azad edilməli idi.  Azərbaycan bir daha humanizm niyyətini ortaya qoyaraq  Kəlbəcəri boşaltmaq üçün daha əlavə 10 gün vaxt verdi. Ancaq biz və dünya növbəti dəfə erməni vəhşiliyinin və vandalizminiə şahidlik etməkdədir.  Kəlbəcəri tərk edən ermənilər nəinki yaşadıqlaır evləri yandırır, bununla bərabər oradakı içtimai obyektləri,  məktəbləri dağıdıb, od vurub  yandırırlar. Hətta tualet unitazını belə özləri ilə aparırlar. Bu azmış kimi dünyanın gözü qarşısında ekoloji terror törədərək meşələri yanıdırıb, ekosistemə ziyan vurmaqdadırlar. Ancaq onlaırn bu cinayətləri, vəhşilikləri cəzasız qalmayacaq”- deputat qeyd edib.

 Deputat əlavə edib ki,  erməni faşistləri  törətdiyi  hərbi cinayətlərə, Azərbaycana vurduqları  ziyana görə təzminat verməli olacaqlar: “Cənab Prezidentin də Cəbrayıl və Fizuliyə  səfəri zamanı bəyan etdi ki,  düşmənin vurduğu ziyanın uçotu,  dəymiş ziyanın hesablanması üçün araşdırma aparılacaq. Bu məqsədlə  beynəlxalq ekspertlər dəvət ediləcək. Vurulan ziyanla bağlı düşmən həm fərdi qayda, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödəyəcəklər”.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan qısa zamanda  işğaldan azad olunmuş yerlərdə yaşayış məntəqlərinin bərpasına başlayacaq: “Ən qısa zamanda Qarabağda həyat öz məcrasına dönəcək və orada biz cənnət Qarabağın qurulmasının şahidi olcağıq. Cənab prezident artıq bəyan etdi ki, Fisulidən Şuşaya yeni yol çəkiləcək”.

 Cənab Prezident və Biirnci vitse-prezidentin işğaldan azad olunmuş  Fizuli, Cəbrayıla və Xudafərin körpüsünə səfərinin  tarixi əhəmiyyətindən danışan millət vəkili deyib ki, bu zamanında və çox cəsarətli səfər idi: “Azərbaycan Prezidentinın Fizuliyə, Cəbrayıla, Xudafərinə səfəri bir demarş idi. Cəna Prezident bu səfərlə dünyaya nümyiş etdirdi ki, Qarabağ Azərbaycandır və Qarabağsız Azərbaycan mümkün deyil. Qarabağın sahibi və hakimi Azərbaycandır!

Cənab Prezident də çıxışında bəyan etdi ki, 44 günlük müharibə dövründə Azərbaycana müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər oldu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Ancaq Azərbaycan yolundan dönmədi və qələbə çaldı. Azərbaycan xalqı  və ordusu bütün dünyaya göstərdi ki, Azərbaycan yenilməz xalqıdır, müzəffər ordusu var.  Xilaskar lider, fateh sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  müzəffər Azərbaycan ordusu erməni faşistlərini  məhv edərək, diz çökdürdüb, məğlubiyyətə vadar etdi. Erməni mifi, uydurmaları məhv edildi.  Prezidentin dediyi kimi ermənilər bundan sonra məğlubiyyət damğası, rəzalət damğası ilə yaşayacaqlar. Biz xilaskar lider, fateh sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında biz isə bundan sonra güclü dövlət, yenilməz orduya, güclü iradəyə sahib müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq. Azərbaycan bundan sonra da  qarşısında duran məsələlərin həllinə nail olacaq”.

Mürtəza

Ölkə.Az


Şərh Yaz

ŞƏRHLƏR

Şərh Yaz
Daha əvvəl heç kim bu müsahibəni şərh etmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı