SİZİN ÜMİD YERİNİZ


Səhifə bağlantısı: http://www.umidtv.com/roportaj-detay/33_israilli-politoloq-v-t-n-muharib-si-az-rbaycan-dia

MÜSAHİBƏLƏR

Hamısı

İsrailli politoloq: “Vətən müharibəsi Azərbaycan diasporunu birləşdirdi”

22.12.2020 10:11:06 (4 Ay, 28 Gün öncə) 480 İzlənmə 0 Şərh
Ümit TV Muhabiri tarafından ile yapılan röportaj...

İsrailli politoloq Yuriy Boçarov Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı diasporumuzun dövlətə və orduya dəstək üçün yumruq kimi birləşməsindən yazıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Qafqazda müharibə Azərbaycan diasporunu birləşdirdi” (“Война на Кавказе сплотила и объединила азербайджанскую диаспору”) başlıqlı məqalədə müəllif bildirir ki, insanlar pandemiyadan da ehtiyat etmədən küçələrə axışaraq Azərbaycana və onun qəhrəman ordusuna dəstəyini nümayiş etdirdi, sosial şəbəkələrdə Azərbaycan diasporu nümayəndələrinin yüzlərlə məqalə, müzakirə və müraciətləri yayımlandı. 

Əsas diqqəti İsraildəki Azərbaycan icmasının gördüyü işlərə yönəldən Y.Boçarov yazır ki, təkcə İsraildə “Azİz”in rəhbərliyi ilə bir neçə kütləvi aksiya və nümayiş keçirilib:

“İsrail ermənilərin və onların havadarı olan KİV-lərin hücum etdiyi Azərbaycanla bir səngərdə idi. Biz isə həmin günlərdə, bu müharibədə Azərbaycanla həmrəyliyimizlə bağlı məqalələr yaymaqla onların layiqli cavabını verdik. Təkcə “Azİz”in üzvləri Azərbaycanın haqlı davasını əks etdirən 200-dən artıq məqalə dərc etdirib. Bundan başqa, İsrail Azərbaycan əsgərinə yardım göndərən, müxtəlif fondlara maddi dəstək göstərən ilk ölkələrdəndir”. 

Vətənə sevginin, başqa vaxtlarda bir-biri ilə rəqabətdə olan, diaspor təşkilatlarını sıx birləşdirdiyini vurğulayan müəllif müharibə dönəmində ABŞ-da “May vey”, Çexiyada “Natəvan” təşkilatlarının, Almaniya, Ukrayna və digər ölkələrdə Koordinasiya Şuralarının həmrəylik aksiyaları təşkil etdiklərini xatırladıb.  

Məqalənin sonunda Y.Boçarov Azərbaycandan köçənlərin əksəriyyətinin təcrübəli mütəxəssis kimi işğaldan azad edilmiş ərazilərimizin bərpası işlərində iştirak etməyə hazır olduğunu yazıb. 


Şərh Yaz

ŞƏRHLƏR

Şərh Yaz
Daha əvvəl heç kim bu müsahibəni şərh etmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    24 Gün, 22 Saat öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    1 Ay, 10 Gün öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Ay, 18 Gün öncə
  • Bu gün Türk dünyasının sevilən bəstəkarı, Vətənpərvər xanım Sevinc Tofiqqızının doğum günüdür. Kollektivimiz adından Sevinc xanımı təbrik edir, ona həyatda can sağlığı, işlərində uğurlar arzu edirik.
    2 Ay, 19 Gün öncə
  • Bu gün Prezident İlham Əliyevin qızı Arzu xanım Əliyevanın doğum günüdür. Kollektivimiz adından Arzu xanımı təbrik edirik, həyatda cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.
    2 Ay, 26 Gün öncə
BIST
14080,00
ALTIN
461,1700,02
EURO
9,6543-0,04
DOLAR
8,06780,07
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 27 şəxs qatıldı