SİZİN ÜMİD YERİNİZ


Səhifə bağlantısı: http://www.umidtv.com/roportaj-detay/11_naxcivan-d-hlizinin-h-miyy-ti-turkiy-uz-rind-n-avr

MÜSAHİBƏLƏR

Hamısı

Naxçıvan dəhlizinin əhəmiyyəti: “Türkiyə üzərindən Avropaya çıxacağıq”

17.11.2020 19:30:24 (3 Yil, 4 Ay öncə) 670 İzlənmə 0 Şərh
Ümit TV Muhabiri tarafından ile yapılan röportaj...

ÜMİDTV:    “Türkiyənin türk dünyası ilə kəsilmiş quru əlaqələri bərpa olunacaq”

“Qars-İqdır dəmiryolu Naxçıvana qədər, oradan daha da genişlənərək Fars körfəzinə və Mərkəzi Asiyaya qədər uzana bilər”
 
“Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzlərindən  birinə çevriləcək”
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, imzalanan anlaşmaya əsasən, azad edilməmiş Azərbaycan torpaqları da Azərbaycana veriləcək. Türkiyə başçısı qeyd edib ki, anlaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabra, Ağdam və Qazaxın işğal altındakı hissələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər Azərbaycana təhvil verəcək:
 
“Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləcək və bu məqsədlə bir yol inşa olunacaq. Eyni zamanda Ermənistanla Xankəndi arasında da bir nəqliyyat dəhlizi açılacaq. İşğal nəticəsində torpaqlarından çıxarılan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşahidəsi altında torpaqlarına dönəcək”.
 
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə inşa ediləcək yolun strateji əhəmiyyəti barədə fikirlərini “Sherg.az”la bölüşüb. Parlament üzvü bildirib ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxa biləcək:
 
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın gərgin səyi nəticəsində Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanat imzalandı. Bu bəyanat təkcə təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi və işğal edilmiş ərazilərimizdən verilmiş cədvələ uyğun olaraq çıxarılması demək deyil.
 
Sözügedən sənəd daha geniş məna kəsb edərək, Azərbaycan Respublikasının böyük geosiyasi və geoiqtisadi qələbəsidir. Nə üçün? Hər şeydən əvvəl, sənədə cənab Prezidentimiz İlham Əliyevin təklifi ilə daxil edilmiş 9-cu maddə Azərbaycanın digər ərazilərinin Naxçıvanla qırılmış quru (avtomobil, dəmiryolu) əlaqələrinin bərpasını nəzərdə tutur. Bununla, Naxçıvanın blokadasına son qoyulacaq”.
 
M.Qasımlı qeyd edib ki, ötən əsrin 20-ci illərinin əvvəllərində Türkiyənin türk dünyası ilə kəsilmiş quru əlaqələri bərpa olunacaq:
 
“Qars-İqdır dəmiryolu Naxçıvana qədər, oradan daha da genişlənərək Fars körfəzinə və Mərkəzi Asiyaya qədər uzana bilər. Region ölkələrinin hamısının faydalanacağı və böyük geosiyasi, geoiqtisadi əhəmiyyət kəsb edəcək yolun fəaliyyətə başlaması nəticəsində Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzlərindən  birinə çevriləcək.
 
Yola Rusiya Federasiyası Sərhəd Xidmətinin nəzarət etməsinin də xüsusi mənası var. Zənnimcə, iki böyük ölkə olan Rusiya və Türkiyənin bərabər hərəkət etməsi nəticəsində regionda tərəf olmaq iddiası ilə çıxış edən kənar oyunçuların arzuları boşa çıxır.
 
Biz Avrasiyada yeni geosiyasi reallıqların yaranması astanasındayıq”.

Şərh Yaz

ŞƏRHLƏR

Şərh Yaz
Daha əvvəl heç kim bu müsahibəni şərh etmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı