SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/941_mubariz-m-nsimovun-m-hk-m-sin-12-gun-qaldi-turkiy-

TÜRKİYƏ

Hamısı

Mübariz Mənsimovun məhkəməsinə 12 gün qaldı-TÜRKİYƏDƏN ƏDALƏT GÖZLƏYİRİK !

(3 Yil, 7 Ay öncə) 3,03 B İzlenme 0 Yorum
MƏNBƏ MƏLUMATLARINA ƏSASƏN ANALİZLƏRİMİZ BİZƏ NƏ DEYİR?

ÜMİDTV.com:             Xəbər verdiyimiz kimi bu ilin sentyabr ayının 15-də Türkiyə vətəndaşı olan azərbaycanlı xeyirsevər iş adamı, milyonların sevimlisi Mübariz Qurbanoğlu Mənsimovun məhkəməsi olacaq. Bu günü dünyanın hər yerində vətən oğluna azadlıq deyən milyonlarla MÜBARİZLƏR səbirsizliklə gözləyirlər. Mübariz Mənsimovun azadlığını istəyən MÜBARİZSEVƏRLƏR sentyabrın 15-də Türkiyə məhkəməsinin ədalətli qərar verəcəyinə inanırlar. 

Belə ki, bu müddət ərzində apardığımız araşdırmalar və cərəyan edən hadisələrin analizləri bizə nə deyir ?

Qərəzsiz mənbələrə istinadən apardığımız araşdırmalar onu göstərir ki, Mübariz Mənsimova qarşı irəli sürülən Feto/Pdy ittihamı üzrə istintaq orqanının ortaya qoyduğu dəlillər, möhtəbər sübutlarla təsdiqini tapmadığından, bu hissədə Mübariz Mənsimovun təqsirsizliyi sübuta yetmiş hesab olunur.  Bu vəziyyətdə məhkəmənin həmin ittihamı cinayət işindən çıxaracağı söhbətin əsas mövzusudur.  Feto/ Pdy ittihamı üzrə sübuta yetməyən dəlillər əsasında töfsif edilən maddi normanın ittihamdan çıxarılması, Mübariz Mənsimovun bərahət alması deməkdir.  Mövcud cinayət işinə hüquqi baxış da məhz bunu tələb edir. Mübariz Mənsimov günahsızdır və bəraətlə azadlığa buraxılmalıdır. 

Belə olan halda bəs cərəyan edən hadisələrin hüquqi analizləri bizə nədən xəbər verir ?

Əslində hadisələrin ümumi baxışı Mübariz Mənsimovun günahsızlığını şəksiz təsdiq edir.  Bu şübhəsiz təsdiqetmə Mübariz Mənsimovun həbs olunmasında maraqlı olan dairlərin maraqlarına zidd olsa da, zamanın çərxi haqqın qarşısında istiqamətini düzxətt üzrə dəyişdirmək məcburiyyətində qaldığından,  işdə maraqlı olan dairələrin hazırladıqları kəndirin öz boyunlarına keçəcəyi də istisna edilmir.  Kəndirin öz boyunlarına keçəcəyi qorxusu səbəbi ilə bu işdə maraqlı olan dairələr,  məhz bu baxımdan məhkəmənin sentyabr ayının  15-də yekunlaşmaması üçün bütün imkanlarını səfərbər ediblər. Lakin ağalarının buyruqlarını şərəfsizcəsinə icra edən bu maraqlı dairələrin mənsubları xəyallarına belə gətirməzdilər ki, sonda ağaları ipi onların öz boyunlarına keçirəcəklər. Çünki ağaları yaxşı bilirlər ki, bu tipdə olan məxluqlar çətin məqamlarda ağalarına belə xəyanət edəcəkləri şübhəsizdir. Bu relllığa əsaslanan  hadisələrin,  bu günə qədər cərəyan edən  tərəfidir.  Sentyabrın 15-dək hadisələrin əks tərəfə cərəyan edəcəyi isə, bu əksin 1%-ni təşkil edir. Hüquqi ədalətin tarixi kökü olan Türkiyə dövlətinin məhkəmə sisteminin bu 1%-ə təslim olacağının hüquqi qüvvəsi isə 0-rə bərabərdir. 

Mövzunu çox uzatmağa ehtiyac duymadığımızdan, inanırıq ki, saxta ittihamlarla təqsiri olmadan bu günə qədər həbsdə saxlanılan vətənsevər Mübariz Qurbanoğlu Mənsimov sentyabrın 15-də bəraət alacaq və o gün şanlı bir səhifə kimi Türkiyə və Azərbaycanın tarixində  BATİLİN ÜZƏRİNDƏ HAQQIN QƏLƏBƏSİ  kimi həkk olunacaq. Mübarizlər üçün isə həmin gün MÜBARİZLƏR GÜNÜ kimi qeyd olunacaq. 

Rəhman Cəbiyev / ÜmidTv Azərbaycan

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı