SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/718_prezidentin-kom-kcisind-n-minsk-qrupu-il-bagli-s-r

TÜRKİYƏ

Hamısı

Prezidentin köməkçisindən Minsk qrupu ilə bağlı sərt AÇIQLAMA

(3 Yil, 8 Ay öncə) 618 İzlenme 0 Yorum
“ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı onu deməliyəm ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil”.

ÜMİDTV.com:      Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, danışıqlar Minsk qrupunun mandatına uyğun çərçivədə aparılmalıdır. O qeyd edib ki, Minsk qrupunun mandatı beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq danışıqları aparmaqdır.

H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi gözləyir ki, Minsk qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. O əlavə edib ki, Minsk qrupu prosesində 11 dövlət iştirak edir və bu dövlətlərin hər birinin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var.

"Ermənistan qoşunların təmas xəttində, sərhəddə davamlı təxribatlar törədir. "Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək" demək həmsədrlərin missiyasına uyğun deyil. Mandat da tələb edir ki, işğal amili aradan qaldırılsın. Bu əsasla Azərbaycan predmetli danışıqların tərəfdarıdır. Nə zaman danışıqlar prosesində fikirlər səslənir, Ermənistan siyasi təxribatla bərabər hərbi təxribatlara əl atır. Sərhəddə törədilmiş təxribatla danışıqlar prosesini pozmaq siyasəti həyata keçirirlər”, - H.Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi bildirib ki, Minsk Qrupunun geniş formatda iclası da keçilməlidir.

 

“Minsk qrupunun bu günə qədər aparılan fəaliyyətini qənaətbəxsş hesab etmək olmaz. Status-kvonun saxlanılması təhlükəlidir və status-kvo dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün isə işğal faktı aradan qaldırılmalıdır. Ona görə də Minsk qrupu qarşıdan gələn müddət ərzində işğal faktının aradan qaldırılması üçün çalışmalıdır.

Biz danışıqlar formatının yox, iş metodunun dəyişdirilməsini istəyirik. Daha effektiv, konkret vaxt, cədvəl, gündəlik əsasda iş aparılmalıdır. Azərbaycan bundan sonra da münaqişə ilə bağlı məsələni beynəlxalq təşkilatlarda gündəmdə saxlayacaq”.
 

H.Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşmanın aparılması danışıqlar mahiyyətini darmadağın edir:

“Bütün bunlara kompleks qiymət verilməlidir. Azərbaycan ictimaiyyəti buna qiymət verilməsini gözləyir. ATƏT-in Minsk qrupu öz mandatarına əsasən konkret mövqe ortaya qoymalıdır. Onların əsas mahiyyəti işğal faktını aradan qaldırmaqdır. Atəşkəs ona görə elan edildi ki, işğal faktı aradan qaldırılsın.

Azərbaycan predmentli danışıqların tərəfdarıdır. Nə zaman kı, münaqişə ilə bağlı danışıqlar olur, Ermənistan tərəfi siyasi və hərbi təxribatlara əl atır. Danışıqların irəli aparılması üçün Azərbaycan tərəfi bütün imkanları yaradır. Bunun müqabilində isə biz Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamalarını, hərbi təxribatını, Ermənistan rəhbərliyinin gülünc açıqlamalarını görürük. Bütün bunlara qiymət verilməlidir”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı