SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/933_rayonlara-gedis-g-lisl-bagli-aciqlama

SON XƏBƏR

Hamısı

Rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA

(3 Yil, 8 Ay öncə) 1,25 B İzlenme 0 Yorum
Rayonlara gediş-gəlişlə bağlı AÇIQLAMA

ÜMİDTV.com:          Hazırda ölkənin əksər şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib. Bir çox məhdudiyyətlər aradan qaldırılıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərarlardan öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir.

Gediş-gəlişlə bağlı məhdudiyyətin qüvvədə qalması yoluxma təhlükəsinin daha yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayondan ölkənin digər şəhər və rayonlarına infeksiyanın ötürülməsini maksimal şəkildə məhdudlaşdırmaq məqsədi daşıyır.

4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, millət vəkili Sədaqət Vəliyeva "Sherg.az"a açıqlamasında Azərbaycan dövləti koronavirus pandemiyası ilə mabarizə sayəsində ardıcıl tədbirlərin davam etdirildiyini müsbət dəyərləndirib.

Onun sözlərinə görə, səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması və xüsusi karantin rejiminin mərhələli qaydada yumşaldılması, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir:

"Bu mənada yoluxma riski daha yüksək olan regionlarla digər bölgələr arasında gediş-gəliş məhdudiyyətlərinin tətbiqi məqəsəduyğun hesab edilir. Əlbəttə, vətəndaşlarımız da başa düşür ki, hazırda gediş-gəlişlə bağlı məhdudiyyətin aradan qaldırılması ölkədə yoluxma hallarının artmasına, sanitar-epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər və bu da öz növbəsində sərtləşdirmə ilə bağlı yeni tədbirlərin həyata keçirilməsini zərurətə çevirəcək. Payız-qış mövsümü müxtəlif xəstəliklərin fəallaşdığı dövrdür. Koronavirus ilə birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir".

Millət vəkilinin sözlərinə görə, başlıca vəzifəmiz koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir: “Kimliyindən və statusundan asılı olmayaraq hər kəsm atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməlidir. Lazımsız ifadələr, sözlər işlədib ictimai rəyi də çaşdırmaq bu günün məqdsədlərinə uyğun deyil”.

Tədris müəssisələrinin fəaliyyətə başladığı dövrdə bizim ən əsas vəzifələrimizdən biri və birincisi övladlarımızı bu xəstəlikdən qorumaq, onların təhsil prosesinə normal şəraitdə qovuşmasını təmin etməkdir.

Doğrudur, bu gün bəzi vətəndaşlarımız gediş-gəlişlə bağlı məhdudiyyətlərin qüvvədə saxlanmasına qarşı dözümsüzlük nümayiş etdirirlər. Amma onlar yolların açılmasından çox insanlarımızın, cəmiyyətimizin, özlərinin və ailəsinin sağlamlığını, təhlükəsizliyini düşünməlidirlər.

Hətta, bu gün elə insanlar da tapılır ki, yumsalma tədbirləri çərçivəsində muzeylərin və sərgi zallarının fəaliyyətinə icazə verilməsinin lazımsız olduğunu iddia edirlər.

Lakin məsələyə məntiqlə yanaşdıqda, aydın görmək olar ki, pandemiya ilə əlaqədar hələlik bəzi məhdudiyyətlərin saxlanması heç də digər sahələr üzrə yumşaldıcı qərarların qəbulunu istisna etməməlidir.

Muzey və sərgi salonları təkcə ölkəmizə gələn turistlər üçün deyil, həm də mədəniyyət və incəsənət nümunələri, tariximiz və s. ilə tanış olmaq üçün hər bir vətəndaş, xüsusilə gənclərimiz üçün böyük əhəmiyyətə malikdir”.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı