DÜNYA

Hamısı

Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur

(11 Gün, 7 Saat öncə) 2,18 B İzlənmə
Gürcüstanı pandemiyaya görə tərk edə bilməyən 150-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyə prosesi başlayıb.

ÜMİDTV.com:      Vətəndaşlarla yanaşı təxminən 100 nəfər soydaşımız da Azərbaycana çatdırılacaq.

Onların arasında 8 Rusiya və 1 Türkiyə vətəndaşı da var.

Təxliyə olunan şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Hazırda onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı veriləndən sonra təxliyə olunanlar səfirliyin təşkilatçılığı ilə saat 10:00-da 4 avtobusla "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.


BIST
10612,61
ALTIN
477,157-0,66
EURO
8,4903-1,24
DOLAR
7,2075-0,48
Çox Oxunanlar
Arxiv
Anketlər
Aydın Büyükşehir Belediyesinin Çalışmalarından Memnun musunuz?
Bu anketə toplam 4 şəxs qatıldı