SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1202_erm-nistanda-rzaq-bohrani-yaxinlasir-

DÜNYA

Hamısı

Ermənistanda ərzaq böhranı yaxınlaşır !

(3 Yil, 7 Ay öncə) 595 İzlenme 0 Yorum
Ermənistanda ərzaq böhranı yaxınlaşır !

ÜMİDTV.com:    Azərbaycanın təmas xəttində əks-hücum əməliyyatlarına başlamasının hələ ilk mərhələsində Ermənistan artıq ərzaq təminatında ciddi problemlərlə üzləşir.

Məlumatlara görə, ərzaq məhsullarının əldə olunmasında məhdudiyyətlər, mağazaların bir qisminin fəaliyyətini dayandırması düşmənləri həyəcan təbilini çalmağa məcbur edib. Əhalinin təlaşı və bununla əlaqədar olaraq müxtəlif mənbələrə ərzaq dəstəyi ilə bağlı müraciətlərin sayı artır. Maraqlı məqam isə, sözügedən vəziyyətin sadəcə işğal olunmuş torpaqlarda deyil, həm də Ermənistan ərazisində aktual olmasıdır. Bu isə Ermənistanda tezliklə ərzaq böhranının dərinləşəcəyini deməyə əsas verir.

Ümumiyyətlə, Ermənistan həm iqtisadi, həm sosial, həm siyasi və demək olar ki, bütün sahələrdə Azərbaycandan geri qalır. Düşmən sadəcə öz resurslarına və qüdrətinə görə qiymətləndirildikdə Azərbaycana rəqib olaraq adlandırıla bilməyəcək qədər gücsüzdür. Təkcə ölkənin sosial vəziyyətinə nəzər salmaq xalqın bitkinliyini, müharibəyə hazır olmadığını anlamağa yetərli ola bilər. Belə ki, cəmi 3 milyona yaxın əhalisi olan dövlətin demək olar ki dörddə birini (23.3 faiz) yoxsul əhali təşkil edir. Başqa sözlə, Ermənistan vətəndaşlarının hər dörd nəfərdən biri yoxsuldur. Əhalinin sağlamlığı və rifahı üçün önəmli göstərici olan qida təhlükəsizliyi də Ermənistanda ciddi dərəcədə aşağı həddədir. Belə ki, ölkənin 15.3 faiz əhalisinin qida təhlükəsizliyi problemi mövcuddur, 6 faiz əhali isə gündəlik tələbatı olan qidanı əldə edə bilməyərək aclıqla üzləşir.

 

Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi məlumatlara əsasən Ermənistanın qida idxalının ölkənin ümumi ixracına nisbəti 24 faiz təşkil edir. Bu da ölkə əhalisinin qida təminatının nə dərəcədə idxaldan asılı olduğuna işarədir. Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramının açıqladığı məlumatlara görə Ermənistan taxıl və taxıl məhsullarının 67 faizini, quş ətinin 78 faizini, ümumi ət məhsullarının ortalama olaraq 50 faizini, bitki yağlarının 96 faizini, paxlalı bitkilərin isə 50 faizini idxal edir.

Təşkilat bu göstəriciləri nəzərə alaraq Ermənistanın qida təhlükəsizliyinin aşağı olduğunu, əhalinin qida təminatının, xüsusilə, fövqəladə hal olduqda ciddi risk altında olduğunu da qeyd edib. Bundan başqa, Qlobal Qidalanma Hesabatının (“Global Nutrition Report”) təhlillərinə əsasən Ermənistanda qida məhsullarının diversifikasiyası aşağı həddədir və əhali qeyri-sağlam qida vərdişlərinə sahibdir. Bu da öz növbəsində əhalinin sağlamlığına və fiziki məhsuldarlığına mənfi təsir göstərir. Dünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən Ermənistanda əhalinin 48 faizi artıq çəkidən əziyyət çəkir. Keçirilən sorğulara görə isə beş yaşa qədər uşaqların 9 faizində boy artımında problemlər, 14 faizində artıq çəki, 16 faizində isə anemiya (qan azlığı) problemləri aşkarlanıb.

Əsas idxalçıları Rusiya, Ukrayna, Latın Amerikası, Gürcüstan, Afrika, Braziliya, Hindistan olan və xalis qida idxal edən bir ölkə kimi Ermənistanın qida təminatı bir çox faktordan – yerli valyuta məzənnəsi, idxalçılarla olan əməkdaşlıq, xarici ölkələrə çıxış və daşımaların sürətliliyi kimi logistik imkanlardan çox asılı vəziyyətdədir. Bu da ölkədə istehlak olunan qida məhsullarının qiymətinin qeyri-stabil olmasına gətirib çıxarır. Yerli məhsulların qiymətlərinin dəyişkənliyi də müxtəlif daxili faktorların qeyri-sabit olmasından asılı olaraq yüksəkdir. Belə ki, Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Qida məhsullarının qiymətlərinin volatilliyi” indeksinə görə Ermənistanda yerli məhsulların qiymətlərinin volatillik göstəricisi 12 faizə yaxındır.

Bu göstəriciləri nəzərə alaraq qeyd etmək olar ki, Ermənistanın ərzaq təhlükəsizliyi siyasi cəhətdən  sabit dönəmdə bu dərəcədə mənfi olduğu halda, müharibə şəraitində daha da pisləşəcək. Yəni, müharibə şəraitində həm maliyyə resurslarının hərbi xərclərə yönəldilməsi, həm də siyasi və logistik məhdudiyyətlər ərzaq məhsullarının idxalına da mənfi təsir göstərəcək. Eyni zamanda yerli məhsulların istehsalında iştirak edən əmək qüvvəsinin səfərbər olunması (yaşı 55-ə qədər olan bütün kişilərin döyüşlərə cəlb olunduğunu nəzərə alaraq) ərzaq təhlükəsizliyini aşağı salacaq. Bu da öz növbəsində Ermənistan ordusunun ərzaq təminatına öz mənfi təsirini göstərəcək.

Mənbələr:

http://www.fao.org/3/a-i4646e.pdf.

https://docs.wfp.org/api/documents/WFP-0000117212/download/?_ga=2.237787529.881308977.1601383035-2071579075.1601383035

http://www.fao.org/faostat/ru/#country/1

https://inddex.nutrition.tufts.edu/data4diets/indicator/volatility-food-prices

https://docs.wfp.org/api/documents/WFP-0000020456/download/

https://www.armstat.am/file/article/ f_sec_1_2019_3.pdf

 https://www.armstat.am/ file/article/poverty_2018_english_3.pdf

https://docs.wfp.org/api/documents/WFP-0000062242/download/

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin

Baş analitiki Məsumə Talıbova  (Mənbə: Oxu.az) 

 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı