SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/694_iyulun-20-n-kimi-komendant-saati-t-dbiq-edilir-aci

SON XƏBƏR

Hamısı

İyulun 20-nə kimi komendant saatı tədbiq edilir? - AÇIQLAMA

(3 Yil, 10 Ay öncə) 1,18 B İzlenme 0 Yorum
Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da, gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır.

ÜMİDTV.com:       Yoluxmanın sayı azalmasa, bazar günündən iyulun 20-nə kimi 1 həftəlik komendant saatı tədbiq edilə bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, sərt karantin rejimi tədbiq edilən zaman yoluxma sayının 500-dən aşağı düşməsini gözləyirdik:

"Çox təəssüf ki, yenə də yoluxanların sayı 500-dən çoxdur. Xatırladım ki, sərt karantin rejimi tədbiq edilən zaman gündəlik yoluxma 600-ə yaxınlaşmışdı. Son bir neçə gündə yoluxanların sayında az da olsa azalma müşahidə olunur. Beynəlxalq təcrübə onu göstərir ki, sərt karantin rejiminin tətbiqi dərhal nəticə vermir. Bir müddət sonra sərt karantin rejimi özünün müsbət nəticəsini göstərir.

Mən düşünürəm ki, sərt karantin rejimi tədbiq edilməsəydi, daha ciddi fəsadlarla üzləşə bilərdik. Yoluxma sayı azalmasa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən gedişata müvafiq qərar qəbul edə bilər. Təbii ki, Operativ Qərargah qərar verərkən gündəlik yoluxanların, sağalanların, ölənlərin artma-azalma dinamikası və virusun yayılma coğrafiyası dərindən analiz edilir. Vəziyyəti nəzərə alaraq son bir həftədə karantin rejimi daha da sərtləşdirilə bilər. Fövqəlada vəziyyətin elan edilməsi də istisna deyil.

Ümid edək ki, gündəlik yoluxanların sayı azalsın və karantin rejiminin daha da sərtləşməsinə ehtiyac qalmasın. Təbii ki, bu son günlər insanlarımızın bu məsələyə necə yanaşmasından və qoyulan qaydalara nə dərəcədə riayət edəcəklərindən asılıdır. Əlbəttə ki, sərt karantin rejiminin uzadılmasını heç birimiz istəmirik. Hər birimiz Operativ Qərargahın qoyduğu qaydalara və verdiyi tövsiyələrə əməl etməliyik ki, normal həyatımıza tez qayıda bilək". (Mənbə: metbuat.az)


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı