SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/670_bu-gun-heyd-r-liyev-fondunun-vitse-prezidenti-leyl

SON XƏBƏR

Hamısı

Bu gün Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyevanın doğum günüdür - TƏBRİK EDİRİK

(3 Yil, 10 Ay öncə) 824 İzlenme 0 Yorum
Bu gün Heydər Əliyev Fondunun Vitse Prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın doğum günüdür.

ÜMİDTV.com:   Azərbaycan tarixən xanım qəhrəmanları ilə də seçilən dövlətlər sırasında olub. Zaman-zaman ölkəmizin ictimai-siyasi həyatında xanımlarımız özünün potensial fəaliyyəti ilə öndə olublar. 

Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında xüsusi xidmətləri olan Leyla xanım Əliyeva, ən çox xedyirxahlığı və vətənpərvərliyi ilə xalqın sevgisini qazandı.  Bu gün vətənpərvər Azərbaycan xanımı  Leyla xanım Əliyevanın doğum günüdür. 

Ümid Teleradio Yayım Şirkətinin rəhbər və kollektivi adından Leyla xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür can sağlığı arzu edirik və fəaliyyətində yeni - yeni naliyyətlər arzulayırıq.  

Leyla Əliyeva: 3 iyul 1984-cü ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1989-2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarlarıdır. Heydər Əliyev Fondu təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb. Heydər Əliyev Fondu daim uşaqlar və onların problemlərini diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.   

Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. “Xocalıya ədalət!” kampaniyasının məqsədi qətliam haqqında həqiqətlərin dünyaya yayılmasına, faciənin Azərbaycan xalqına qarşı soyqırım kimi tanınmasına nail olmaqdır.

Leyla Əliyevanın müxtəlif ictimai qurumların rəhbəri, ayrı-ayrı humanitar təşəbbüslərin müəllifi kimi Azərbaycanda və dünyada gördüyü işlər hər kəsə məlumdur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 278 missiyanı üzərinə götürmüş Leyla Əliyeva Fondun Moskva filialına da yüksək səviyyədə rəhbərlik edir

Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapıb. KanadaMeksikaKolumbiyaPeruPakistanRumıniyaÇexiyaİordaniyaHonduras və digər ölkələrin parlamentləri, ABŞ-ın 22 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Bundan başqa, indiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib. Müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, həmçinin seminarlar, konfranslar təşkil edilib, kitablar nəşr olunub, filmlər çəkilib

 

Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının anım mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, rəsm sərgiləri təşkil olunur. Hər il 26 fevralında TürkiyədəABŞ-da, AlmaniyadaAvstriyadaBelçikadaHollandiyadaGürcüstanda və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurmuşdur.

2018-ci ildə Türkiyənin İstanbul şəhərinin Bağçalar rayonunda böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkı açılmış və burada Xocalı soyqırımı abidəsi ucaldılmışdır. Xüsusi vurğulamaq lazımdır ki, qeyd etdiyimiz bu hadisələr Heydər Əliyev Fondunun Xocalı faciəsi ilə bağlı istər ölkə daxilində, istərsə də dünya miqyasında həyata keçirdiyi tədbirlərin bir qismidir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər isə onun təşəbbüskarı Leyla Əliyevanın əsl vətənpərvərlik nümunəsinin göstəricisidir

18 aprel 2009-cu ildə Leyla Əliyeva Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri vəzifəsinə seçilib.

Leyla Əliyeva 12 iyul 2011-ci il tarixində Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının əsasını qoyub. 

Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq katedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir. Heydər Əliyev Fondunun, o cümlədən, Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətində milli - mənəvi dəyərlərimizin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşviqi, dini məbədlərin qorunması və bərpasına dəstək verilməsi də xüsusi diqqət çəkən məqamlardan biridir. Leyla Əliyevanın təşəbbüsü bir sıra ölkələrdə bu istiqamətdə mühüm addımlar atılıb.

Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də dünyada tanınıb. O, aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilənən şəkillər yaradıb. Leyla Əliyeva artıq Paris, Berlin, London, Moskva şəhərlərində əsərlərini nümayiş etdirib.

Leyla Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı şeirlərdə yazır. Leyla Əliyevanın öz babası Heydər Əliyevə həsr etdiyi Elegiya şeiri orta məktəblərin 5-ci sinif ədəbiyyat dərsliklərinə salınmışdır.

    

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı