SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/655_f-zail-agamali-hec-kim-guz-st-olmasin-sms-icaz-si-

SON XƏBƏR

Hamısı

Fəzail Ağamalı - Heç kimə güzəşt olmasın, SMS icazəsi də ləğv edilsin!

(3 Yil, 11 Ay öncə) 1,08 B İzlenme 0 Yorum
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

ÜMİDTV.com:     Amma küçələrdəki insan seli, həftə sonları rayonlara axışanlar, məhəllələrdəki uşaqların sağa-sola qaçışı, yaşlıların stola çırpdığı dominonun, nərdin səsindən sanki karantin rejiminin “evdə həbs olunan” az sayda adama şamil olunduğu düşüncəsi yaranır.

Modern.az Milli Məclisin deputatı Fəzail Ağamalının açıqlamasını dərc edib.

F.Ağamalı bildirib ki, qaydalara riayət edilmədiyi üçün birmənalı olaraq, karantin rejimi daha da sərtləşdirilməlidir:

“Polislərimiz pandemiya ilə mübarizədə fəallıq göstərməkdədirlər. Bununla yanaşı, əvvəlki günlərə nisbtən maskadan istifadə edən vətəndaşaların da sayı artıb. İndiki artımlar 15-20 gün əvvəl yoluxanlardır. Hansı ki, həmin vaxt vətəndaşların əksəriyyəti inanmırdı, maskadan istifadə etmirdi və s.

Buna baxmayaraq, düşünürəm ki, karantin rejimi daha da sərtləşdirilməli, vətəndaş-dövlət birgəliyilə COVID-19-a qalib gəlməliyik.

Bununla bağlı parlamentdə də öz fikirlərimi bildirəcəm. Elə etməliyik ki, vətəndaşlar karantin rejiminin qaydalarına riayət etsinlər. Etməyənlərə qarşı ən sərt tədbirlər, ciddi cəzalar görülməlidir”.

Deputat qeyd edib ki, sərtləşdirilmələrin məqsədi insanların virusa yoluxmaması üçündür:

“Tibbi maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına riyaət etmək məcburidir. Kimsə bunu dərk etmirsə, onlara qarşı çox ciddi addımlar atılmalıdır. Cərimələr kifayət deyil, onları inzibati məsuliyyətə cəlb etməklə, barələrində cinayət işi açılmalıdır. 1 milyarddan çox əhalisi olan Çin virusa qalib gəldi. Çünki heç kimə güzəşt edilmədi, qayda-qanun hamı üçün bərabər oldu”.

F.Ağamalı gün ərzində SMS vasitəsilə 2 saatlıq icazənin də əleyhinə olduğunu dilə gətirib:

“İcazə həftədə 2 dəfə olmaqla, ailə üzvlərindən birinə verilməlidir. Ailədə 5 nəfər var, hamısı vaxt müəyyən edir, hamısı icazə ilə küçələrdədir, heç biri də iş dalınca çıxmır. Sadəcə virus daşıyıcılarına çevirilirlər. Qonşu GürcüstanTürkiyə, Avropa təcrübələri var. Hətta düşünürəm ki, lazım gələrsə, 8 rayon və şəhərdə fövqəladə vəziyyət, komendant saatı müəyyənləşdirilsin. Artıq cərimə yoxdur, küçəyə çıxan dərhal həbsxanaya gedir. Bu cür addımlarla məsuliyyətsizliyin qarşısını almaq olar. Yoxsa “yaydır, hamı hava almaq istəyir” yanaşmaları ilə heç bir mübarizə effektli olmayacaq”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı