SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4080_umid-tv-az-rbaycan-kanalinin-m-kdasi-ilin-g-nci-me

CƏMİYYƏT

Hamısı

Ümid Tv Azərbaycan kanalının əməkdaşı "İlin Gənci medal"ı ilə təltif olundu

(2 Yil, 2 Ay öncə) 9,10 B İzlenme 0 Yorum
"2 fevral Gənclər Günü" münasibətilə gənclər mükafatlandırıldı

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.

Hazırda da Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti Cənab Prezident İlham Əliyev sayəsində, gənclərə dəstək olan, gənclərin fəaliyyətinə yüksək önəm verənlər sayəsində davam etdirilir. 

Bu gün isə özüm də rəsmən iştirak etdiyim tədbirdə gənclərə verilən dəyərin əyani şahidi oldum.
 Qafqaz Media İctimai Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ictimai fəallar, şairlər, yazarlar, qazilər və media nümayəndələri iştirak ediblər

Tədbirdə  Qafqaz Media İctimai Birliyinin sədri Hacı Azadə Huseynova bütün gəncləri  Gənclər Günü münasibəti ilə təbrik etmiş, və medal və diplomlarla təltif etmişdir. 

"Qafqaz Media MMC"nin rəhbəri Azadə xanımın hazırki karantin dönəmində karantin qaydalarına uyğun olaraq tədbir keçirməsi, gəncləri diqqətdən qaçırmaması Respublikamızın, ölkə ziyalılarının gənclərə yüksək qiymət və dəyər verməsinin əyani sübutudur. 

Xatırladaq ki, "İlin fəal gənci” medalı  gənc fəallar Leyla Turan, Ülvi Ələkbərzadə, Pərvin Əsgərli, Maya İmran, Əli Novruzəliyev, Turan Etibaroğlu, Ümid Tv Azərbaycan kanalının əməkdaşı Elcan Məmiyev, Şəfa Nəsibova, Nicat Dilqəmli,  İntiqam Huseynov, Şəhriyar Hacıyev, Bəhrəm Qasımzadə, Ülkər Piriyeva, Fuad Əliyev, Fidan Əliyeva, Burhan  İmamverdiyev, Vəfa Paşazadə, Səbinə Əvəzova, Mirdaməd Əzizov, İsmayıləli Muradov  Şəhriyar Hacıyev, Bəhram Qasımzadə, Rəqsanə Qurbanova, Şəlalə Aydınova,  pakistanlı gənc fəal Məhəmməd Usama, rəssam Ülkər Əbülfət və başqalarına təqdim edildi. 

Təltif edilənlər içində Ümid Tv Azərbaycan kanalının əməkdaşı da var idi. Azadə xanımın əməkdaşımızı, ümumiyyətlə gənclərimizi də diqqətdən qaçırmaması və İlin fəal gənci medalı təltif etmək üçün dəvət etməsi sözün əsl mənasında hər birimiz üçün də xüsusi surpriz oldu. 

Təltifetmə işində əməyi keçən hər kəsə, xüsusilə də Qafqaz Media İctimai Birliyi və Xətai Sənət Mərkəzinə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk!

Ümid Tv Azərbaycan


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı