SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/621_deputat-iqbal-m-mm-dovun-probleml-ri-dil-g-tirm-si

SON XƏBƏR

Hamısı

Deputat İqbal Məmmədovun problemləri dilə gətirməsi tənqid deyil, müdafiə olunmalıdır – ÜMİD TV

(3 Yil, 11 Ay öncə) 1,25 B İzlenme 0 Yorum
Deputat İqbal Məmmədovun problemləri dilə gətirməsi tənqid deyil, müdafiə olunmalıdır

ÜMİDTV.com:       Son zamanlar sosial şəbəkədə bəzi internet portalları ağına-bozuna baxmadan həqiqəti əks etdirməyən təxribat  və şantaj xarakterli  məlumatlar yaymaqla maraqlarına xidmət etdikləri şəxslərin yanında özlərini doğrultmağa çalışırlar.

Elə internet portalları da var ki, kimlərinsə marağından çıxış edərək, əslində isə  özlərinin şəxsi maraqlarını təmin etmək məqsədilə bir şəxsin üzərində mövzu açmaqla özlərini gündəmdə saxlamaqla və ictimaiyyətdən narazı olan təbəqəni  ətrafına toplamaqla məşğuldurlar. Bu şəbəkə üçün dövlət və xalq məfhumunun əslində heç bir önəmi yoxdur. Məqsəd şəxsi maraqları  təmin etməkdir.  Həmin şəbəkəni izləyənlər isə özlərinin dilə gətirdikləri problemlərin həll olunacağına guman edirlər.  Lakin bu şəbəkənin qurbanına çevrilən təbəqə ağlına belə gətirmir ki, sözügedən şəbəkə onların maraqlarından çıxış edərək yalnız öz şəxsi maraqlarının təmin olunmasına çalışırlar.

Bu bir tarixdir.  Niyyəti saxta olanlar gec-tez öz əməlləri ilə ifşa olunublar ! 

Yəni, dildə dövlətə və ölkə Prezidentinə sədaqət nümaiş etdirən bu şəbəkə, əslində  Azərbaycanın dövlətçiliyinə zərbə vurmağa cəhd göstərən saxta müxalifətin yanında  yer tutanlardır.  Sosial şəbəkədə özlərinə efir məkanı quran bu şəbəkələr yayımladıqları süni proqramlarda  ölkə Başçısının ifadələrindən istifadə etməklə maraq dairəsini təmin etmək üçün  yalnız bir şəxsin üzərində manevr edib özünün şəxsi maraqlarını təmin etməyə cəhd göstərirlər.  Hətta bu yolu qət etmək üçün  iftira və şantajdan belə çəkinmirlər.

Uzun müddətli sükutdan sonra yenidən hərəkətə keçən bəzi internet portalları Lerik rayonunu Milli Məclisdə təmsil edən deputat İqbal Məmmədovu gündəmə gətirdilər.  Bu gündəmin əsas qayəsi deputat İqbal Məmmədovun Milli Məclisdəki məlum çıxışı idi ki, həmin çıxışında deputat seçicilərin istəklərini dilə gətirməklə  rayonda mövcud olan problemlərdən danışaraq görülməli olan işlərə görə vəsait ayrılması barədə hökumətə müraciət ünvanlamışdı. 

Deputatın bu çıxışı ona əks olan məqsədyönlü qüvvələrin ayaq açmasına yol açdı. Bu həmin qüvvələrdir ki, əzəldən Lerik rayonunda mövcud problemlərdən öz şəxsi məqsədləri üçün istifadə ediblər.  Lakin bu qüvvələrin əks təbliğatlarına baxmayaraq ilk gündən bu günə qədər onların ikili münasibət sərgiləməsi səbəbindən əsil məqsədləri  uğursuzluğa düçür olub. Çünki  bu qruplaşmanın ictimia təsir qınağı cüzi narazı olan müxalif yönlü təbəqənin sərhəddindən o tərəfə keçmir. Nə də ki, bu günə qədər dilə gətirdikləri problemlərin həllində bir təsir imkanları olmayıb. Bunun da yeganə səbəbi,  mövcud problemlərə bu  müxalif yönlü qruplaşmanın ictimai maraqlardan deyil, şəxsi maraqlardan yanaşmasıdır.

Ötən gün baş verənlər isə bu qruplaşmanın əsil simasını ortaya qoydu.  Məlum oldu ki, bu qruplaşmanı müdafiə edən yalnız dövlətə radikal münasibətdə olan, Azərbaycan dövlətçiliyinin əleyhinə ölkə xaricində işlər aparan daxili müxalifətin media mənsublarıdır.  Düşünürük ki, artıq bunun başqa bir izaha ehtiyacı yoxdur.

O ki qaldı deputat İqbal Məmmədova, bu gün Lerikin inkişafı üçün Milli Məclisdə aktivliyi ilə seçilən deputatın məlum çıxışı Lerik sakinlərinin maraqlarına xidmət edən bir təşəbbüs idi ki,  bu təşəbbüs tənqid deyil, müdafiə olunmalı idi.  Görünən odur ki, Lerikdə problemlərin həll olunmasını istəməyən əks qüvvələr deputatın təqdirəlayiq bu təşəbbüsünə kölgə salmağa çalışdılar. Lakin onların bu dəfə ki, arzuları da gerçəkləşmədi. Çünki  Azərbaycanın inkişaf strategiyasına radikal münasibət sərgiləyən müxalifətin ölkə ictimaiyyəti arasında nüfuzu sıfra bərabər olduğundan, həmin müxalifətin yanında yer alan məqsədyönlü media şəbəkəsinin ( buna media demək mümkünsə) ölkədəki ictimai təsir imkanları da məhduddur.  Artıq Azərbaycan ictimaiyyəti bu tipdə qruplaşmaların məqsədyönlü fəaliyyətlərini anlayır və onların ikiüzlü media siyasətini Azərbaycan dövlətinə və Xalqına xəyanət kimi qiymətləndirirlər. Bu qruplaşmanın yanında yer alan cüzi narazı müxalif yönlü təbəqənin isə zaman-zaman bu qruplaşmanı tərk etməsi ilə sonuclanmasını görürük. 

Bundan başqa,  yalan və iftiraya əl atan, ölkədə qarmaqarışıqlıq yaratmağa cəhd göstərən, öz şəxsi maraqlarını ictimai maraqlardan üstün tutan  bu şəbəkənin ömrünün çox uzun olmadığını da əminliklə deyə bilərik.

Ölkə daxilində media müxalifəti formalaşdırmağa cəhd göstərən bu qruplaşmanın, nəinki deputata qarşı, hətta ölkənin sayılıb-seçilən şəxsiyyətlərinə, eyni zamanda dövlət xadimlərinə qarşı  da zaman-zaman yalan və iftiralarının şahidi olmuşuq.

Belə təxribatçı media qruplaşmasının Cəmiyyətdən təcrid olunması da bu günün əsas mövzusu olmalıdır.

Artıq Azərbaycanda radikal iftiraçı media anlayışına son qoymaq vaxtı çatıb.

İnanırıq ki, Dövlətin mühüm strukturları belə qruplaşmalara qarşı qanuna müvafiq qaydada sərt tədbirləri görəcəklər.

Ümid Tv xəbər

 


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı