SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6046_elton-m-mm-dov-danisdi-m-n-amea-dan-qovulmamisam-a

SON XƏBƏR

Hamısı

Elton Məmmədov danışdı: "Mən AMEA-dan qovulmamışam, amma ordan çoxları qovulmalıdır"

(2 Yil, 9 Ay öncə) 9,89 B İzlenme 0 Yorum
Elton Məmmədov danışdı: "Mən AMEA-dan qovulmamışam, amma ordan çoxları qovulmalıdır"

 ÜMİDTV:     “Yayılan səsyazısına qulaq asdım, özüm də məyus oldum ki, axı niyə AMEA-da elə şeylər baş verməlidir? Nəyə görə ölkə elminin inkişafına cavabdeh olan bir akademiya özbaşınalıqlarla, kollektiv arasında gedən lazımsız intriqalarla, mənim adıma bağlanan belə bir qalmaqalla gündəmə gəlməlidir? Bütün dünya ölkələrində alimlər ocağındakı çəkişmələr elmi nailiyyətlərə, millətini gələcəyə daşıyan biliyə və təhsildəki tərəqqiyə görədirsə, bizdə niyə belə olmasın? Bizim AMEA sürətlə uçuruma doğru gedir, hələlik dayandıran da yoxdur. Bilmək, dəqiqləşdirmək istəyirsinizsə deyəcəm bilin və araşdırın! Bəzi dayaz təfəkkürlü, elmə heç aidiyyatı olmayan köhnə məmur komanda AMEA-ya doluşub gah siyasət barədə, gah da elmin inkişafına ayrılan pulları başqa istiqamətdə ciblərə bölüşdürmək haqqında düşünürlər. Neçə ki, Akademiyanın əsas vəzifələri, xüsusilə də elmi tədqiqatlar, elm sahəsi üzrə qanunvericiliyi tədqiq etmək, əsl alimlərə və ziyalı adına rəğbət unudulub bir kənara atılacaq, faydalı təkliflər vermək yox dağıdıcılıq və korporativ maraqlar hökm sürəcəksə AMEA-nın fəaliyyətindən Azərbaycana bir fayda olmayacaq!”  
Bu fikirləri son günlər ölkə gündəmini silkələyən, AMEA-nın Rəyasət Heyətinin 13 aprel 2021-ci il tarixli iclasında qeydə alınmış məlum SƏSYAZIsındakı coşqulu nitqinin ictimailəşdirilməsilə gündəmə gələn sabiq deputat, professor Elton Məmmədov səsləndirib. Hazırda səhhətilə əlaqədar müalicə alan Elton Məmmədov “Demokratik.Az” saytının əməkdaşı ilə qısa telefon danışığında AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsindən qovulub-qovulmadığına da qısa aydınlıq gətirib.
“Nə qovulmaq, məni kimsə qovmayıb. Yazırsınız ki, guya AMEA-dan qovulmuşam, bu yalan xəbərdir. Bəli, məzuniyyət istəyəndə “istefa” ərizəmi də eyni kağızda yazıb hörmətli Ramiz Mehdiyevə vermişəm. Nə üçün çıxmaq istədiyimi, AMEA-da bütün yaxşı işlərə qarşı daxildən və kənardan süni müdaxilələri də demişəm. Təəssüf ki, müraciətim, niyyətim səhv anlaşılıb, detallar aydınlaşdırılmamış və kollegial müzakirə aparılmamış işdən çıxarılmağım barədə əsassız və qanunsuz sərəncam verilib. Hazırda müalicəmlə məşğulam, “istefa” fikrimi də geri çəkmişəm və yaxın zamanda öz işimin başına dönməyi düşünürəm. Və mən AMEA-dan qovulmamışam, amma ordan çoxları qovulmalıdır!” - deyə Elton Məmmədov bildirib.   
“Sizi AMEA-ya Ramiz Mehdiyev özü dəvət etmişdisə, bəs indi niyə sizə qarşıdır?” sualına cavabında isə;
“Bəli, mən AMEA-ya məhz Ramiz Mehdiyevin dəvətilə getmişəm. “Yüksək Texnologiyalar Parkı”nın direktoru kimi də, İşlər İdarəsinin müdiri kimi də vicdanla çalışmışam. Onunla münasibətlərimiz həmişə normal olub, bizi şəxsi münasibətlərimizdən daha çox isə dövlətçilik və Heydər Əliyev ideologiyası birləşdirib. Görünür, dostum Ramiz Mehdiyev barədə nələrdəsə yanılmışam, ya da onun dövlət idarəçiliyindəki zorakı və uğursuz metodlarını elmə qarşı da tətbiqetmə istəyi, bilinən və bilinməyən şəxsi maraqları bizim yollarımızı ayırır”-deyə professor bildirib.
Qısa dialoqdan o da aydın olub ki, Elton Məmmədov AMEA-da baş verən ciddi nöqsanların varlığını ölkə rəhbərliyinə çatdırmağa da dəfələrlə yazılı cəhd edib, elm məbədində sağlam və işgüzar mühitinin yaradılması üçün bütün imkanlarını səfərbər edib. 
Elton Məmmədov “çox sual verirsiniz” deyərək digər suallarımızı cavabsız qoyub.
Söhbətləşdi - Osman Nərimanoğlu
Mənbə: Demokratik.Az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı