SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6023_bdu-nun-dosenti-nazirl-r-kabinetinin-kecmis-m-kdas

SON XƏBƏR

Hamısı

BDU-nun dosenti, Nazirlər Kabinetinin keçmiş əməkdaşı vəfat edib

(2 Yil, 10 Ay öncə) 1,30 B İzlenme 0 Yorum
BDU-nun dosenti, Nazirlər Kabinetinin keçmiş əməkdaşı vəfat edib

ÜMİDTV:    Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi İlham Abbas oğlu Mazanlı vəfat edib.

Bununla bağlı onun həmkarları sosial şəbəkələrdə məlumat yayıb.

Onun ölüm səbəbi məlum deyil.

 

Qeyd edək ki, İ.Mazanlı 1956-cı il fevral ayının 11-də Qərbi Azərbaycanda – Göyçə mahalının Cil kəndində anadan olub.

1995-cı ildə (mart-noyabr) Gənclər və İdman Nazirliyi Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib.

1996-2001-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti strukturuda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası İşçi qrupu rəhbərinin müavini, Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsi müdirinin müavini – Beynəlxalq humantar təşkilatlarla iş bölməsinin müdiri vəzifələrində çalışıb.

 

Bu illər ərzində Şərqi Avropada və postsovet məkanında yerini dəyişmiş əhalinin sosial və hüquqi problemlərinin həlli üzrə Cenevrə Prosesinin üzvü olmuş, hər il onun illik konfranslarında və Avropa İttifaqı ilə Azərbaycan Respublikası İqtisadi Əlaqələr Komissiyasının qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələrində iştirak edib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1 iyul 1998-ci il tarixli Sərəncamı ilə Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilib.

2001-2011-cı illərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Miqrasiya İformasiya Mərkəzinin direktoru vəzifəsində işləyib.

 

2003-cü ildən Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosentidir. “Jurnalistika və müasir dövrün qlobal problemləri”, “Xarici ölkələrin müasir KİV sistemləri”, "Beynəlxalq həyat məsələlərinin KİV-də işıqlandırılması” və s. predmetlərdən mühazirələr oxuyub. Jurnalistikanın aktual problemlərinə aid 300-ədək elmi-nəzəri məqalənin və 5 kitabın müəllifidir.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı