SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6013_-d-mir-yumruq-abid-sinin-memari-s-ri-bes-aya-hazir

SON XƏBƏR

Hamısı

“Dəmir yumruq” abidəsinin memarı: “Əsəri beş aya hazırlamışam”

(2 Yil, 10 Ay öncə) 1,15 B İzlenme 0 Yorum
“Dəmir yumruq” abidəsinin memarı: “Əsəri beş aya hazırlamışam”

“Hadrut qəsəbəsində qoyulan “Dəmir yumruq” abidəsi Prezident İlham Əliyevin dəmir yumruğudur”.

Bunu “Qafqazinfo”ya qəsəbədə qoyulan, fotosu sosial şəbəkələrdə geniş yayılan abidənin müəllifi rəssam Elxan Əliyev bildirib.

Onun sözlərinə görə, Şuşada və ya digər işğaldan azad olunan ərazilərimizdə zəfər yolunun üzərində belə bir abidə ucaltmaq arzusunda olub.

“Prezidentin möhtəşəm yumruğu məni bu abidəni yaratmağa sövq edib. Əvvəlcə, generalımız Mayis Bərxudarova bu abidənin kiçik maketini hazırlayıb təqdim etmişdim. O, çox bəyəndi və söhbət əsnasında təklif etdim ki, gəlin bunun böyüyünü düzəldək. Generalımız da razılaşdı. Heykəlin və “Zəfər şəhidləri” kompleksinin layihəsini qızım – gənc memar Gülər Əlizadə verdi. Özümün rəhbəri olduğum şirkətin komandası ilə birlikdə isə “Dəmir yumruğ”u öz vəsaitimiz hesabına hazırladıq”.

Müəllif bildirib ki, Hadrutda hərbi hissənin həyətində qoyulan abidə təxminən 5 aya ərsəyə gəlib:

“Dəmir yumruq” qayaların içərisində hazırlanıb. Abidədə bayrağımız, ay-ulduz, əsgərlərimiz, dronlar əks olunub. Hazırlanmasında isə dəmir listlərdən istifadə olunub. Bu abidəni həm Prezidentimizə, həm də ordumuza həsr etmişik. İyunun 24-də abidənin açılışı olub. Həmin gün hərbi hissə komandiri və general tərəfindən şəhadətnamə ilə təltif olunmuşam”.

Bundan əvvəl öz komandası ilə birgə Bakının Əmircan qəsəbəsində abadlıq işləri görən rəssam işğaldan azad olunan torpaqlarda hansısa bir qəsəbəni götürüb bütövlükdə təmir etmək arzusunda olduğunu da dilə gətirib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı