SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/6006_az-rbaycan-konullul-ri-arasinda-d-mir-yumruq-intel

SON XƏBƏR

Hamısı

Azərbaycan könüllüləri arasında “Dəmir Yumruq” intellektual liqası keçirildi

(2 Yil, 10 Ay öncə) 597 İzlenme 0 Yorum
Azərbaycan könüllüləri arasında “Dəmir Yumruq” intellektual liqası keçirildi

Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyilə könüllülər arasında 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Dəmir Yumruq” adlı intellektual liqa keçirilib.

Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, məlumat bazalarının formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə keçirilən yarışda müxtəlif təşkilatları təmsil edən 70 könüllü iştirak edib. 

Quba “ASAN Xidmət” mərkəzində baş tutan yarış iki mərhələdən ibarət olub. Hər birində 5 könüllü olmaqla 14 komandanın iştirak etdiyi “Nə? Harada? Nə zaman?” formatında keçirilən ilkin mərhələdə 8 komanda qələbə qazanaraq “Breyn-rinq” formatında keçirilən növbəti mərhələdə mübarizə aparıblar. Bu mərhələdə isə Quba rayonunu təmsil edən “Gənc Könüllülər” komandası gərgin mübarizədən sonra rəqiblərini üstələyərək kubokun sahibi olub. “Könüllü DOST” proqramı və “ASAN Könüllüləri” Təşkilatını təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara sertifikatlar və dəyərli hədiyyələr təqdim olunub.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində könüllülərin olduqca böyük maraq göstərdikləri və fəal iştirak etdikləri intellektual oyunların, eləcə də müxtəlif idman yarışlarının növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı