SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/592_rayonlara-getm-k-ist-y-nl-rin-diqq-tin-g-l-n-h-ft-

SON XƏBƏR

Hamısı

Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ! Gələn həftədən...- AÇIQLAMA

(3 Yil, 11 Ay öncə) 742 İzlenme 0 Yorum
Xəbər verdiyimiz kimi bu gündən "Azərbaycan Hava Yolları" Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayır. Gələn həftədən rayonlara da gediş-gəliş bərpa oluna bilərmi?

ÜMİDTV.com:        Bununla bağlı sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, insanların bölgələrə axışması əsasən yay mövsümü ilə əlaqədardır:

"Aydın məsələdir ki, yaz və yay aylarında insanlar təbii olaraq vaxtlarının əksər hissəsini təbiətin qoynunda, açıq havada keçirməyə üstünlük verirlər. Bu anlaşılandır. Hər bir insanın sağlam yaşaması, səhhətində yaranan problemlərin aradan qaldırılması üçün təmiz hava, yaşıllıq faktorunun əhəmiyyəti danılmazdır. Ancaq indi dünya ölkələri koronovirus pandemiyası ilə mübarizə aparır və onun yayılmasının qarşısını almaq üçün müəyyən məhdudlaşdırıcı addımlar atılır. Əgər məhdudlaşdırıcı tədbirlər olmasa, qısa zamanda proses nəzarətdən çıxa bilər və bunun qarşısını almaq qeyri-mümkün olar. İnsanların bölgələrə gediş gəlişinin hansı şərtlərlə təmin olunmasını ancaq hərtərəfli ciddi təhlillər aparıldıqdan, ölkə ərazisində koronovirusun coğrafiyasını öyrəndikdən, əhali və yerlərdə xidmət sektorunun davranış qaydaları karantin rejiminə uyğunlaşdırıldıqdan sonra bərpa olunması doğru olardı. Odur ki, hətta Bakı şəhərində belə, vətəndaşlarımızın əksəriyyətinin davranışları yaranmış şəraitə uyğun deyil. Bir çox bölgələrdə isə koronovirusun olduğuna şübhə ilə yanaşılır. Artıq danılmaz faktdır ki, son günlərdə regionlarda yoluxma hallarının sayı çoxalıb. Əgər belə davam edərsə, yaxın vaxtlarda virusa yoluxanların sayında ciddi artımın şahidi olacağıq və karantin rejimi daha uzun zaman üçün tətbiq olunacaq".

 
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı