Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Filyos limanının açılışı mərasiminə qatılıb.
“Anadolu” agentliyinin məlumatına görə, tədbir zamanı dövlət başçısı ölkə üçün əhəmiyyətli olan xoş bir xəbəri açıqlayıb. O, bildirib ki, “Amasra-1” quyusunda yeni təbii qaz yatağı kəşf edilib.
“Fatih Sondaj” gəmimiz Sakarya qaz sahəsindəki “Amasra-1” quyusunda 135 milyard kubmetrlik yeni bir təbii qaz yatağı kəşf edib. Bununla da, Qara dənizdəki toplam qaz ehtiyatımız 540 milyard kubmetrə çatıb”, - deyə Ərdoğan bəyan edib.