SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1024_turkiy-li-general-isgalci-erm-nistana-qarsi-turkiy

TÜRKİYƏ

Hamısı

Türkiyəli general: "İşğalçı Ermənistana qarşı Türkiyə Azərbaycanın yanındadır"

(3 Yil, 8 Ay öncə) 646 İzlenme 0 Yorum
Türkiyəli general: "İşğalçı Ermənistana qarşı Türkiyə Azərbaycanın yanındadır"

ÜMİDTV.com:      “Ermənistan işğal etdikləri torpaqlara müxtəlif etnik insanları, xüsusən də erməniləri gətirərək bölgənin demoqrafik quruluşunu dəyişdirməyə çalışır. Bu insanlara Ermənistan vətəndaşlığı verilir. Onlar diaspora fəaliyyəti ilə məşğul olan ermənilər tərəfindən ödəniləcək muzdlulara da çevrilirlər. Çünki Ermənistanda heç kim işğal olunmuş ərazilərdə döyüşmək istəmir.”

Bu sözləri Metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycanda sabiq hərbi ataşesi, təqaüddə olan general-mayoru Yücel Karauz deyib.

Onun sözlərinə görə bu insanların bəziləri Kürd mənşəlidir.

“Onların həmin ərazilərə yerləşdirilməsində məqsəd gələcəkdə Türkiyəyə və Azərbaycana qarşı terror fəaliyyətlərində istifadə etmələridir. Ermənistanın bu hərəkəti gələcəkdə ona demoqrafik baxımdan fayda verə bilər, ancaq hərbi baxımdan faydalı ola bilməz.

Ermənistanın bu işi böyük qardaşlarının xəbəri olmadan etməsi mümkün deyildir. Bu həm də ABŞ-dakı, ilk növbədə Fransadakı erməni diasporasının orta və uzunmüddətli siyasi hədəfləridir. Bu gün bu fəaliyyətləri ilə siyasi dəstək tapmağa və haqsız və qanunsuz olaraq işğal etdiyi torpaqlarda ömrünü bir müddət uzatmağa çalışır.

Nəticədə, bu addımlar öz siyasi hədəflərinə demoqrafik və xarici dəstək baxımından faydalı olsa da, hərbi baxımdan faydalanmayacaqları qiymətləndirilir.

Bəs Nikol Paşinin bölgədəki münaqişəni alovlandırmaqda məqsədi nədir?

“Bu təkcə erməni siyasi gücünün qərarı deyil. Nikol Paşinyanı hakimiyyətə gətirən ABŞ-dakı erməni diasporası Avropa ölkələrinin, xüsusən də Fransanın siyasi maraqlarını alovlandırır. Həm də hökumətin uğursuzluqlarını daxili siyasi, iqtisadi və hərbi uğursuzluqları və pandemiyanın yaratdığı ağır yüklə ört-basdır etmək istəyirlər.

Hakim güclər dünyada yeni bir münaqişə bölgəsi olaraq Qafqazda bir cəbhə açmaq istəyirlər.

Heç bir erməni ana oğlunu cəbhəyə göndərmək istəmir. Buna görə də Ermənistanın artıq mübarizə aparmaq üçün gücü yoxdur. Ümumi olaraq Ermənistanın məqsədi münaqişələri qızışdırmaq, təxribat yaratmaq, diasporanın və Avropanın siyasi ambisiyalarına xidmət edərək gücünü qorumaqdır.

General-mayoru Yücel Karauz bildirdi ki, son 29 ildə Azərbaycan getdikcə daha da güclənərək regional güclü dövlətə çevrildi. Əgər ali baş komandan İlham Əliyev əmr verərsə Azərbaycan ordusu 3-5 gün ərzində işğal olunmuş əraziləri geri almağa qadirdir.

“Türkiyə hər cür mənəvi və maddi imkanlarla birlikdə 83 milyon vətəndaşının mənəvi dəstəyi ilə Azərbaycan haqlı savaşının yanındadır. Mənim kimi yüz minlərlə insan haqlı olaraq Azərbaycan türklüyü uğrunda döyüşməyə və bu yolda şəhid olmağa hazırdır.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı