SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5379_bu-gun-aspa-nin-yaz-sessiyasi-baslayir

DÜNYA

Hamısı

Bu gün AŞPA-nın yaz sessiyası başlayır

(2 Yil, 0 Ay öncə) 893 İzlenme 0 Yorum
Bu gün AŞPA-nın yaz sessiyası başlayır

ÜMİDTV:    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası bu gün Strasburqda hibrid formatda işə başlayacaq.

 TASS agentliyi xəbər verir ki, koronavirus məhdudiyyətləri səbəbindən sessiya məhdud sayda parlamentarinin iştirakı ilə keçiriləcək.

Bu gün Moldova Prezidenti Maya Sandu sessiya iştirakçıları qarşısında çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Sabah parlamentarilər Almaniya kansleri Angela Merkel ilə videokonfrans vasitəsilə görüşəcəklər. Axşam saatlarında isə Avropa Şurasının baş katibi müraciət ilə çıxış edəcək.

Çərşənbə günü Avropa Parlamentinin sədri David Sassoli parlamentarilərlə danışmağı planlaşdırır. Cümə axşamı isə Almaniyanın Avropa işləri üzrə naziri Mixael Rot Avropa Şurası Nazirlər Komitəsinin müraciətini oxuyacaq.

Aprelin 21-də Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2020-ci il üçün illik hesabatını təqdim edəcək.

Bir qədər öncə xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın yaz sessiyasında iştirak üçün aprelin 17-də Strasburqa yola düşüblər.

Yaz sessiyası aprelin 23-də başa çatacaq.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı