SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4836_z-f-r-q-l-b-mizi-davamli-diplomatiya-ugurla-tamaml

CƏMİYYƏT

Hamısı

Zəfər qələbəmizi davamlı diplomatiya uğurla tamamlayacaq

(2 Yil, 2 Ay öncə) 5,20 B İzlenme 0 Yorum
Zəfər qələbəmizi davamlı diplomatiya uğurla tamamlayacaq

Zəfər qələbəmizi davamlı diplomatiya uğurla tamamlayacaq

 

Hər bir azərbaycanlı 44 günlük müharibədən sonra şanlı qələbəmizlə qürur duyur və fəxr edir. Müstəqilliyimiz bizlər üçün çox dəyərlidir,torpaqlarımızın azad olunması yolunda canını qurban vermiş şəhidlərimiz, qazilərimiz, bütövlükdə şanlı ordumuz onu müqəddəsləşdirmişdir.

Xalqımız güclü Azərbaycan naminə müstəqilliyimizin qorunması və onun əbədi olması yolunda həmrəy olmaqla Ali Baş Komandanıımızın ətrafında sıx birləşərək milli maraqlarımızın həyata keçirilməsi uğrunda çalışmağı özünün müqəddəs borcu hesab edir. Müharibə başa çatsa da həll olunası problemlər çoxdur və Azərbaycan dirçəliş və quruluş yoluna start verilmişdir.

Azərbaycan dövləti diplomatik mübarizə xəttini də uğurla həyata keçirdir. Cənab prezidentimiz İlham Əliyev diplomatiya mübarizəsində də ardıcıl, məqsədyönlü, müstəqil siyasət yürüdərək uğur qazanmaqda davam edir. Onun dörd saatlıq mətbuat konfransındakı dörd dildə, yüksək siyasi diplomatik çıxışları bütün dünya gündəmində böyük əks-səda yaratmışdır.

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu gündən günə artır, belə ki, dövlətimiz regional və beynəlxalq aləmdə həyata keçirilən, eyni zamanda iştirakçısı olduğu layihələrdə öz yerini və tərəfdaş ciddiliyini uğurla qoruyub saxlayır.

Azərbaycan beynəlxalq aləmdə öz nüfuz dairəsini gün-gündən genişləndirir və etibarli tərəfdaşa çevrilir, eyni zamanda sosial-iqtisadi, siyasi və hərbi təhlükəsizlik sahəsində özünü təsdiq edir.

Azərbaycan dövləti xarici siyasət kursunda həmişə ardıcıl, birmənalı mövqe nümayiş etdirir. Ölkə rəhbəri çıxışlarında vaxtaşırı olaraq xarıcı siyasətinin əsaslarını izah edərək, açıq və prinsipial siyasət yürüdür. Ölkəmizin iqtisadi potensialı getdikcə güclənir, nəqliyyat dəhlizləri, yeni infrastrukturlar,regionda nəqliyyat-logistik əməkdaşlığın sıx perspektiv istiqamətlərində işlər görülür.

Bununla da ölkə başçısının apardığı məqsədyönlü siyasət bizi gələcəyə inamlı olmağa ruhlandırır və dünyaya mesaj verir. İnanırıq ki, xalqımız dövlət ətrafında sıx birləşməklə Ali Baş Komandanımızın rəhbərliyi ilə qarşıya cıxan bütün çətinlikləri müvəffəqiyyətlə həll edəcəkdir. Yaşasın müstəqil Azərbaycan!

Piriyeva Gülşən Respublikanın əməkdar müəllimi


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı