SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/5799_lerik-g-ncl-rinin-f-aliyy-ti-musahib-

CƏMİYYƏT

Hamısı

Lerik gənclərinin fəaliyyəti - MÜSAHİBƏ

(2 Yil, 10 Ay öncə) 1,53 B İzlenme 0 Yorum
Lerik gənclərinin fəaliyyəti - MÜSAHİBƏ

Gənclik yeni nəsil deməkdir.Kökünə bağlı,əcdadının yolu ilə gedən,milli,mənəvi dəyərlərinə 
sadiq,əyilməz,alnıaçıq,həm də tükənməz gücdür. Lerik gəncləri bu yolda necə irəliləyir? 
Lerikli gənclər,onların fəaliyyəti,qarşılaşdıqları çətinliklər barədə danışmaq üçün Gənclər və 
İdman idarəsinin nümayəndəsi Orxan Abbaszadə ilə həmsöhbət olduq.


Lerik gəncləri hansı sahələrdə fəal iştirak edir ?
Gənclər,əsasən,intellektual oyunlarda fəal iştirak edirlər.2016-cı ildən hər ay Nə? Harada? Nə zaman? intellektual oyunu,məktəblilər və gənclər arasında “Xəmsə” intellektual yarışı keçirilir. 1 ilin sonunda Nə? Harada? Nə zaman? oyununda ən çox qalib olan 2 komanda finalda qarşılaşır,qalib komanda gənclər günündə mükafatlandırılırdı.2018-ci ildə AXC-nin 100 illiyinə həsr olunmuş “Xəmsə”intellektual oyunu keçirildi. Rayonda olan 36 məktəbin komandaları yarışda iştirak etdi. Bu iştirakçılar arasndan seçilən uşaqlar respublika çempionatına qatıldı.Bundan başqa “Bayraqdar” bilik yarışı keçirilir və gənclər bu oyunlarda çox aktivlik göstərirlər. Artıq bu yarışlar ənənə halını alıb. İdman sahəsində isə futbol və voleybol oyunları keçirilir. Lerik rayon şahmat və idman məktəbi ilə birgə şahmat və güləş yarışları təşkil olunur. Məkan və digər problemlər üzündən qısıtlı tədbirlər keçirə bilirik,həm də halhazırda pandemiya ilə əlaqədar bəzi çətinliklərlə qarşılaşırıq.
Lerik gənclərinin intellektual inkişafı üçün hansı işlər görülür ?
Keçirdiyimiz yarışların suallarından ibarət kitabça hazırlamışıq. Bu kitabçaları məktəblərə,gənclərə,idarə və müəsisələrə paylayaraq gəncləri,məktəbliləri bu yarışlara təşviq etmişik.2018-ci ildə Lerik”İntellektuallar klubu”təsis olundu. Təsisçilərindən biridə mənəm. Klub bugün də öz fəaliyyətini aktiv şəkildə davam etdirir. Facebookda klubun səhifəsi yaradılıb. Yaşından asılı olmayaraq insanlar bura daxil olur,əksəriyyəti isə gənclər təşkil edir. Hazırda belə tədbirlərimiz onlayn şəkildə keçirirlir.
İdman sahəsində gənclər üçün hansı işlər görülür ?
Əlamətdar günlərdə məktəblilər və bələdiyyə komandaları arasında futbol oyunları keçirilir. Şahmat turnirləri təşkil olunur. Güləş zalı fəaliyyət göstərir. Məkan olmadığı üçün gənclər digər idman sahələri ilə məşğul ola bilmirlər.
Lerik gəncləri respublika üzrə hər hansı yarışın qalibi olub?
Lerik gənclərindən ibarət komanda irəlinin “İntellektual birinci” yarışında zonada birinci yerə,respublikada dördüncü yerə layiq görülüblər. 2018-ci ildə “Mən Azərbaycanlıyam” yarışının qalibi Rəşad İsaqov olub. 2017-ci ildə Lerik gəncləri Balakəndə keçirilən 10-cu Azərbaycan çempionatına zona qalibi olaraq qatılıb,finala vəsiqə qazanıblar. Lerik komandası “Brain ring”yarışında final oyununda iştirak edib,ayın qalibi elan olunublar. Mən özüm “Xəmsə” intellektual oyunun 6-cı Azərbaycan çempionatında 4-cü yerin qalibi olmuşam.7-ci Azərbaycan çempionatı Qubada keçirildi. Orda isə respublika ikincisi olmuşam.Gənclər və İdman nazirliyi tərəfindən hədiyyə və diplomlarla təltif edilmişəm. Bütün bu fəaliyyətlərimiz qiymətləndirilərək idarəmiz ilin ən yaxşı gənclər və idman idarəsi seçilib.
Rayonda respublika səviyyəsində tanınan gənclər varmı ?
Rayonda respublikada tanınan gənclər kifayət qədərdir. Fuqan Əliyev ağır atletika üzrə respublika çempionu,Avropa çempionatı bürünc mükafatçısı olub.
Elvin Hacıyevin dövlət qulluğuna hazırlaşanlar üçün hazırladığı vəsait uzun illərdi ki, bu sahədəki yeganə kitabdı. Hazırda İqtisad universitetində çalışır. Elvin Hacıyev eyni zamanda Azərbaycanı beynəlxalq yarışlarda da təmsil edib.
Fərid Şahbazov “İslahatçı gənclər birliyi”nin təsisçisidir. Eyni zamanda “Avrasiya universitetlər birliyi”nin səfiridir. Tez-tez Türkiyədə verilişlərə dəvət olunur.
Altun Rəcəbli istedadlı lerikli gənclərdən biridir. Rəssamdır. Gənclər və İdman nazirliyi tərəfindən fərdi sərgisi təşkil olunub. Həmin sərgidə İlham Əliyev iştirak edib.
Gənclərlə maarifləndirici görüşlər keçirilir ?
Həm fərdi,həm də polis,səhiyyə digər qurumlarla birgə “Narkomaniyaya yox!”tədbirləri keçirilir. Gənclərə maariflənirici bukletlər paylanılır, sosial çarxlar nümayiş olunur.
Başqa görüşlərimiz erkən nigahlarla bağlı olur. Əsasən,ucqar kəndlərə gedirik.Xüsusən,maariflənməyə daha çox ehtiyacı olan kəndləri seçirik. Bu görüşləri müxtəlif qurumlarla birgə keçiririk.
Fəaliyyətiniz zamanı çətinliklərlə qarşılaşırsınız?
Fəaliyyətimiz zamanı 2 önəmli problemlə qarşılaşırıq. Əsas problem məkan problemidir. Rayonda gənclər mərkəzi və idman kompleksi yoxdur. Biz çox çətin şəraitdən bugünə qədər gəlmişik. İlk yarışları biz çay evlərində keçirirdik. Sonra Heydər Əliyev mərkəzi bizə yardımçı oldu,ancaq orda da bir zal olduğu üçün çətinlik yaranır. İdman kompleksi olmadığı üçün gənclər həvəsi,istedadı olduğu idman növləri ilə məşğul ola bilmir.
İkinci problem relyeflə bağlıdır. Lerik dağlıq rayon olduğu üçün mərkəz kəndlərə uzaqdır,avtobuslar yoxdur. Gənclər fikizi olaraq tədbirlərdə iştirak edə bilmir. Onlayn şəkildə bəzi gənclər tədbirlərdə,görüşlərdə iştirak etsədə,ümumiyyətlə internetə çıxışı olmur.
 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı