SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4725_qarabagdaki-axtaris-missiyasinin-istirakcisi-az-rb

REGİON

Hamısı

Qarabağdakı axtarış missiyasının iştirakçısı: "Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır"

(2 Yil, 2 Ay öncə) 1,15 B İzlenme 0 Yorum
Qarabağdakı axtarış missiyasının iştirakçısı: "Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır"

ÜMİDTV:    BBC-nin rus xidməti Laçın rayonu və Rusiya sülhməramlılarının Laçın dəhlizindəki fəaliyyəti barədə reportaj hazırlayıb.

“Reportajda rus hərbçilərinin mediadan çəkindikləri qeyd olunur:

“Rusiya zabitləri blokpostun şəklini çəkməyə icazə vermir, suallara cavab verməkdən boyun qaçırırlar. Müqavilə ilə qulluq edən əsgərlər isə kamera və mikrofonlardan çəkinsələr də, söhbət zamanı güzəranları barədə danışmağa hazırdır".

Adının çəkilməsini istəməyən rus hərbçilərindən biri deyib: "Burada internetdən istifadə etmək bizə qadağandır. Televizor var, amma heç bir kanalı tutmur, odur ki, heç açmırıq da. Hərdən diskdən filmlərə baxırıq. Mən isə boş vaxt olanda kitab oxuyuram”.

 

“Qırmızı Xaç ilə bir yerdə həlak olanların meyitlərini axtarmaq burada gördüyüm ən dəhşətli şeydir. Minalanmış sahələrə çıxmışıq, çaqqalların parçaladığı meyitləri görmüşük. Yadımdadır, Şuşaya gələndə yolboyu meyitlər səpələnmişdi. Hamısı 18-19 yaşlı erməni uşaqlarıdı... Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır. Yeni mövqeləri tutanda erməni hərbçilərin meyitlərinin çoxunu çaqqallara yem olmasın deyə torpağa basdırıblar. Bunu dəfələrlə özüm görmüşəm. Amma elə ki, meyitin üstünü heç olmasa azca torpaqla örtmədin, ancaq kiçik hissələri və sümükləri qalır”, – hərbçilərdən digəri təəssüratlarını bölüşüb.

Laçın şəhərinin bomboş olduğu bildirilir. Rəsmi məlumata görə, burada 80 erməni sakin yaşayır, qalanlar hərbçilərdir.

Dükanda satıcı işləyən Aida Balikyan Laçında qarətçiliyin xeyli yayıldığını bildirib: “Sülhməramlılar qayda-qanuna nəzarət etsələr də, həmin o qarətçilər də işini bilir, keşikçilərə rastlaşmayacaqları vaxt gəlirlər. Hətta bir vaxt tamam azğınlaşıb günorta çağı dam örtüklərini sökürdülər. Dəqiq bilirəm ki, azərbaycanlılar deyil, bizimkilərdir. Bunu kefindən etmirlər. Hətta naqilləri də sökürlər ki, satıb çörəkpulu etsinlər”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı