SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4675_yerevanda-bir-gund-uc-mitinq-olacaq

REGİON

Hamısı

Yerevanda bir gündə üç mitinq olacaq

(2 Yil, 2 Ay öncə) 1,04 B İzlenme 0 Yorum
Yerevanda bir gündə üç mitinq olacaq

ÜMİDTV:    Ermənistanda bir gün ərzində üç nümayişin keçirilməsi nəzərdə tutulub.

“Yerevanda ilk nümayiş Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə yerli vaxtla 15:00-da baş tutacaq. Mitinq iştirakçıları 2008-ci ilin 1 mart tarixində öldürülən şəxsləri yad edəcəklər.

Saat 16:00-da isə Yerevan küçələrinə Ermənistan müxalifəti çıxacaq. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq və yürüş keçirəcək.

Növbəti nümayişi 18:30-da Ermənistanın baş naziri Nikol Paşinyan keçirəcək. O, müxalifətin iddialarının əksinə olaraq ətrafında tərəfdarlarını toplamaqla xalqın onun yanında olduğunu sübut etmək istəyir.

Qeyd edək ki, 1 mart tarixində ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edənlərlə polislər arasında toqquşmalar baş verib. Belə ki, 2008-ci ilin fevral ayının sonunda Robert Köçəryan prezident postunu tərk edərək səlahiyyətlərini seçkilərdə qalib gələn Serj Sarkisyana verməyə hazırlaşırdı.

Səsvermənin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyan Nikol Paşinyan (Ermənistanın baş naziri - Report) daxil olmaqla tərəfdarları ilə Yerevanda etiraz aksiyaları təşkil ediblər. Aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Nəticədə yüzlərlə insan yaralanıb, odlu silahla isə 10 nəfər qətlə yetirilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı