SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/442_n-q-d-r-zirv-d-olsa-bel-s-mimi-olmayan-insani-s-xs

SON XƏBƏR

Hamısı

Nə qədər zirvədə olsa belə səmimi olmayan insanı şəxsiyyət hesab etmirəm - ELCAN MƏMİYEV

(3 Yil, 0 Ay öncə) 708 İzlenme 0 Yorum
Mən XƏBƏR24 İnformasiya Agentliyinin rəsmi nümayəndəsi olandan bəri hər zaman gənc nəsilə, dəstəyə ehtiyacı olanlara, təqdirəlayiq təşəbbüsləri işıqlandırmaq istəyənlərə tam təmənnasız dəstək olmuşam. Qarşılığında nəsə təklif edənləri də hörmətsizlik kimi qəbul etmişəm. Çünki mən kiməsə dəstək olanda qarşılığını yalnız və yalnız uca Allahdan gözləyirəm…

ÜMİDTV.com:       Cənab Prezident də iştirak edən iclasların birində Möhtərəm Prezident onun üçün xüsusi olaraq ayrılmış stolda əyləşmədi və sadə stol gətirilməsini tələb etdi.

Bu Cənab Prezidentin necə sadə, səmimi olmasını bir daha əyani olaraq göstərdi.

Təsadüfi deyil ki, məqaləmi bu cümlələrlə başlatdım. Məqaləmi bu cümlələrlə başlatdım ki, hər birimiz sadəlikdə və səmimilikdə ölkə rəhbərindən nümunə götürək.

Qeyd edim ki, mən XƏBƏR24 İnformasiya Agentliyinin rəsmi nümayəndəsi olandan bəri hər zaman gənc nəsilə, dəstəyə ehtiyacı olanlara, təqdirəlayiq təşəbbüsləri işıqlandırmaq istəyənlərə tam təmənnasız dəstək olmuşam. Qarşılığında nəsə təklif edənləri də hörmətsizlik kimi qəbul etmişəm. Çünki mən kiməsə dəstək olanda qarşılığını yalnız və yalnız uca Allahdan gözləyirəm…

Belə ki, Xəbər24 İnformasiya Agentliyinin qapısı hər kəs üçün açıqdır. Bizə dəstək üçün müraciət edən hər kəs təşəkkür edərək bizdən ayrılmışdır.

Amma çox təəssüflər olsun ki, sadəliyimizdən sui-istifadə edənlər də az deyil. Bəzi şəxslər məqalə qarşılığında ödəniş almırıq deyə saytı aşağı nüfuzlu kimi dəyərləndirdi.
Əslində mən onları da qınamıram. Sadəcə hazırda formalaşan cəmiyətimiz bu proseslərə gətirib çıxarır. Hazırda hər kəsin ağlında bir fikir var “ucuz malın şorbası olmaz”. Amma mən belə formalaşan cəmiyətin gələcəyinə acıyıram…

Saytımızdan qat-qat aşağı səviyəli saytlar ödəniş qarşılığında məqaləni dərc etdiyinə görə həmin saytın məqaləsini sosial mediada ardıcıl paylaşanları da görmüşəm. Kim ki, o insana ən çox biz dəstək olmuşuq, özüdə tam təmənnasız…

Bu ifadələri yazmaqda məqsədim o deyil ki, həmin şəxslərin onlar haqqında yazdığım yazını profildə paylaşsın. Bizim açıqlamaları nüfuzlu peşə sahibləri kifayət qədər paylaşıb və hazırda da paylaşır. Mən sadəcə həmin məqaləyə sərf etdiyim zamana heyfislənirəm.
Ancaq bu günədək etdiklərimdən qətiyən peşman deyiləm. Çünki mən hər zaman haqq-ədalət devizi ilə hərəkət edən, dövlətçilik ənənələrini qoruyan biriyəm.

Vaxt olub daim dəstək olduğum TV kanalının (hansı ki, bu kanalın adına xələl gəlməsin deyə əlimdə olan bütün vasitələrdən istifadə etmişəm) redaktorunun sadəliyini yoxlamaq məqsədilə qəsdən atdığım məqaləni dərc etməyib. Amma biz bir etinasızlığa görə edilən yaxşılıqları unudan insan da deyilik. Ona görə də biz bunu redaktorun qeyri-peşəkarlığı kimi qiymətləndirdik.

Mən addımlarımda heç zaman yanılmamışam. Çünki bir işi yüz ölçüb bir biçərək görmüşəm.

Bir neçə gün öncə Dünya Televiziyasında yayımlanan “Bax Belə” verilişinin informasiya dəstəyi olduq.
Bu zaman bir çoxları yazdı ki niyə məhz Emin Brend?!

Çünki Emin hər zaman sadəliyi ilə bütün aparıcılara örnək olmuşdur. Digər aparıcılar qonşu kanal aparıcılarını özünə rəqib hesab edərkən (hətta düşmən hesab edənlər də var) Emin qonşu kanal aparıcılarının onun haqqındakı videoçarxlarını efirdə işıqlandırdı. Təbii ki, bütün bunlar gözümüzdən yayınmadı və təqdirəlayiq hal kimi qəbul etdik.

Bəzi aparıcılar ağına-bozuna baxmadan ödəniş qarşılığında istedadı olmayanları da efirə dəvət edərkən, Emin hər zaman İSTEDADLAR-a dəstək oldu. Emində ən çox xoşladığım xüsusiyyət isə insandakı maddi zənginliyə deyil, mənəvi zənginliyə üstünlük verməsidir…

Sonunu düşünmədən çıxdığımız bu yolda çox insanlarla rastlaşdıq. İşi düşəndə yaltaqlananları da gördük, işimiz düşəndə rədd edilənləri də. Zaman-zaman dəyişən, əsl üzləri ortaya çıxan insanlar da gördük.

Amma mən həmişə mənəm. Bu mənim fərqimdir və hər zaman da belə olacam!

Qeyd edim ki, bütün yazdıqlarım ünvanlıdır. Yazdım ki, bizdən sonra bu yolu addımlayanlar da bizim etdiyimiz səhvi etməsinlər.

Və sonda bunu da xatırladım ki, bu gündən etibarən yalnız sadə və səmimi insanlarla olacam. MƏN, MƏNİMLƏ OLANLARIN YANINDAYAM!!!

Elcan Məmiyev \ Xəbər24


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı