SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4026_hulusi-kilic-turkiy-rusiya-birg-monitorinq-m-rk-zi

TÜRKİYƏ

Hamısı

Hulusi Kılıç: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin səmərəli nəticələr əldə etməsi

(2 Yil, 2 Ay öncə) 1,01 B İzlenme 0 Yorum
Hulusi Kılıç: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin səmərəli nəticələr əldə etməsi

ÜMİDTV:      Azərbaycanın Ağdam rayonunda fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regiona sülh, sabitlik və inkişaf vəd edir. Bu mərkəzin daha səmərəli nəticələr verməsi üçün əldə olunan informasiyaların düzgün dəyərləndirilməsi və neqativ halların aradan qaldırılması mexanizmi yaradılmalıdır.
Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a açıqlamasında söyləyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandığını diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “Yenilməz Azərbaycan Ordusu cəbhədə rəşadətli qələbə qazandığı kimi siyasi müstəvidə və diplomatik danışıqlarda ardıcıl uğurların əldə olunması ümumiləşmiş qaydada Azərbaycan dövlətinin tükənməz gücünün göstəricisidir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması qazanılmış ümumi qələbənin daha bir nümunəsidir. Mərkəzin daha səmərəli nəticələr əldə etməsi üçün bir neçə formula müəyyən etmək olar. Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan müdafiə nazirlərinin müavinlərindən ibarət işçi qrupu yaratmaqla mərkəzdə əldə olunan informasiyalar əsasında vəziyyəti nəzarətdə saxlamaq bütün tərəflərin maraqlarını təmin edə bilər. Normal məntiqlə sülh, sabitlik və inkişaf dünyanın bütün sülhsevər qüvvələrinin arzu və istəyidir. Azərbaycan öz ərazisində bütün xalqlara bu formatda birgə yaşayış şansı verir. Belə olan halda bütün tərəflər ədalətli və reallığı əks etdirən mövqe sərgiləməyə borcludur”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı