SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/395_bu-gun-avropa-m-hk-m-si-ramil-s-f-rovun-isi-n-baxi

SON XƏBƏR

Hamısı

Bu gün Avropa Məhkəməsi "Ramil Səfərovun işi"nə baxır

(3 Yil, 0 Ay öncə) 774 İzlenme 0 Yorum
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM - Avropa Məhkəməsi -red.) Azərbaycana və Macarıstana qarşı "Ramil Səfərovun işi" ilə bağlı qərarını açıqlayacaq.

ÜMİDTV.com:    Məhkəmənin saytında verilən məlumata görə, Ermənistandan olan iki şikayətçi - qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyan Azərbaycan və Macarıstana qarşı şikayət veriblər.

Məlumatda deyilir ki, şikayətçilər Azərbaycanı Avropa İnsan Haqları Konvensiyasının yaşamaq hüququnun (2-ci maddə) və etnik ayrı-seçkiliyin qadağan olunması (14-cü maddə) maddələrinin pozulması ilə ittiham edirlər. Bundan başqa, Macarıstan ekstradisiya əlaqədar olaraq "məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi" (2-ci maddə) ilə ittiham olunur.

Ramil Səfərov BBC News Azərbaycancaya məsələ ilə bağlı şərh verməyib.

Vəkil Əsabəli Mustafayev ehtimal edir ki, məhkəmədə həm Macarıstan, həm Azərbaycan tərəfdən "insan haqlarının pozuntusu tanına bilər".

"Belə ehtimal edirəm ki, Avropa Məhkəməsi ikinci maddəni, yəni yaşamaq hüququnun pozuntusunu tam tanıyacaq. Ola bilsin ki, 14-cü maddə də, etnik ayrı-seçkilik maddəsinin də pozuntusu tanınsın", - o deyib.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ekstradisiya və əfvlə bağlı deyir ki, Macarıstan beynəlxalq müqavilə, Azərbaycan isə daxili suveren qərarla bu işi həyata keçirib.

O ehtimal edir ki, "etnik ayrı-seçkilik məsələsində pozuntu tanına bilər, amma onun geri qaytarılması və cəzasını çəkməsi tələb edilə bilməz".

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə görə, bu, "konkret şəxslər arasında baş vermiş bir hadisədir".

"Dünyada minlərlə Azərbaycan vətəndaşı Ermənistan vətəndaşı ilə qarşılaşır, bir yerdə yaşayır, mübahisə edir, susurlar, amma birinin digər birini öldürməsi çox nadir hadisədir. Bu etnik zəmində yox, emosional, affekt vəziyyətində baş vermiş hadisədir", - İsa Qəmbər BBC News Azərbaycancaya bildirib.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektor müdiri və Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov bu işlə bağlı şərh verməyin "tez olduğunu" deyib.

Nə baş verib?

Azərbaycanın hazırda Ermənistanın nəzarətində olan Cəbrayıl rayonunda doğulan 43 yaşlı Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.

Həmin ilin fevralın 19-da, kursun bitməsinə 20 gün qalmış kurs yoldaşı, əslən erməni olan Qurqen Marqaryanı təhqirə görə qətlə yetirib.

O, 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunub və elə həmin vaxt Prezident İlham Əliyev tərəfindən əfv olunub.

O, həbsdə olduğu müddətdə Maqda Sabonun "Qapı", Ferens Molnarın "Pal küçəsinin oğlanları" kitablarını macar dilindən azərbaycan dilinə tərcümə edib. (Mənbə: metbuat.az) 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı