SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2718_deputat-prezident-ilham-liyev-h-mis-oldugu-kimi-ve

SİYASƏT

Hamısı

Deputat: “Prezident İlham Əliyev həmişə olduğu kimi, verdiyi vədləri yerinə yetirir”

(3 Yil, 4 Ay öncə) 7,37 B İzlenme 0 Yorum
Deputat: “Prezident İlham Əliyev həmişə olduğu kimi, verdiyi vədləri yerinə yetirir”

Ermənistanın Azərbaycana təcavüzü ölkəmizə böyük fəlakətlər gətirib. Keçən əsrin 80-ci illərinin axırlarından başlamış bu siyasət təkcə 250 mindən artıq azərbaycanlının Ermənistandakı dədə-baba yurdundan qovulması ilə yekunlaşmayıb, sonrakı illərdə Dağlıq Qarabağ və ətrafdakı 7 rayon da işğal edilib və ümumilikdə 1 milyondan çox soydaşımız deportasiyaya məruz qalıb. Azərbaycanın dinc əhalisinə qarşı genişmiqyaslı hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımı törədilib. Bu il sentyabrın 27-dən başlamış Azərbaycanın əks-hücum əməliyyatları nəticəsində işğal olunmuş ərazilərimiz qaytarılıb. Ermənistan ordusu dinc şəhər və kəndlərimizi atəşə tutaraq, böyük dağıntılar, ağır hərbi cinayətlər törədib.

Bu barədə danışan Milli Məclisin depu­tatı İqbal Məmmədov dedi:

–Ermənistanın təcavüzü nəticəsində Azərbaycana küllü miqdarda maddi və mənəvi ziyan dəyib. Hazırda bunlar he­sablanır və ölkəmiz dəymiş zərərlərlə bağlı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq niyyətini gizlətmir. Doğrudur, 44 günlük müharibədə şanlı ordumuz düşməni ağır hərbi məğlubiyyətə uğratdı. Onun 30 il­lik müddət ərzində qurduğu istehkamları darmadağın etdi. Amma mənfur düşmən də ölkəmizə yeni ziyanlar vurmaqdan qalma­dı, cəbhə xəttindən uzaqdakı şəhərlərimizi ən dağıdıcı silahlardan atəşə tutdu, mül­ki əhaliyə qarşı hərbi cinayətlər törətdi. Təsəvvür etmək nə qədər çətin olsa da, şəhərlərimiz gecə saatlarında ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutuldu. Nəticədə 100-ə yaxın mülki vətəndaşımız, o cümlədən uşaqlar, qadınlar həlak oldular. 400-dən çox mülki şəxs yara­landı, beş mindən çox ev dağıdıldı.

Bu günlərdə Zəfər paradında çıxış edən Prezident İlham Əliyev Ermənistanın bu namərd addımları haqqında danışarkən Azərbaycan vətəndaşlarının dəyanətinə, dözümünə və öz torpağına bağlılığına çox yüksək qiymət verdi. Bildirdi ki, bu insan­lar “öldü var, döndü yoxdur, sona qədər gedəcəyik” – deyiblər. Dövlət başçısı, eyni zamanda, müharibənin davam etdiyi müddətdə bəyan edirdi ki, bu vətəndaşlara dəymiş ziyanlar tamamilə ödəniləcək.

Artıq müharibəyə son qoyulub və indi ölkədə dinclik dövrü başlanıb. Ona görə də Ermənistanın ölkəmizə vurduğu yaraların sağaldılması istiqamətində addımlar atılır. Azərbaycan Prezidenti həmişə olduğu kimi, verdiyi vədləri yerinə yetirir. Dekabrın 14-də dövlət başçısı “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sənəddə qeyd edilir ki, Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkar­lıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılma­sı üçün yaradılmış Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır. Dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır. İlkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırıl­ması nəzərdə tutulur. Ermənistanın təcavüzü nəticəsində mülki əhalinin dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində vəsait verilməsi qərara alınıb.

Bundan əlavə, sərəncamda nəzərdə tutulur ki, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) ma­nat məbləğində vəsait verilsin. Əlaqədar icra orqanları maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qa­nuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin edəcəklər.

Əlbəttə, cəbhədə atəşin dayandırılma­sından az sonra belə bir addımın atılması Azərbaycan Prezidentinin böyük huma­nizmi kimi qiymətləndirilməlidir. Təbii ki, Azərbaycanın bərpa edəcəyi şəhərlər, kəndlər çoxdur. Amma ilk növbədə dinc yaşayış məntəqələrimizdəki mülki əhaliyə və obyektlərə dəymiş zərərin ödənilməsi vacib hesab edilib. Prezident İlham Əliyev birinci dərəcəli vəzifə kimi məhz bu günahsız insan­ları nəzərə alıb. Bu isə, şübhəsiz ki, əhalimiz tərəfindən böyük razılıqla qarşılanmaqdadır.

Mənbə: Xalq.az


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı