SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2010_sahib-qafarova-miqrant-problemind-beyn-lxalq-t-ski

SİYASƏT

Hamısı

Sahibə Qafarova miqrant problemində beynəlxalq təşkilatların təsirsizliyini səbəb kimi görür - FOTO

(3 Yil, 5 Ay öncə) 674 İzlenme 0 Yorum
Sahibə Qafarova miqrant problemində beynəlxalq təşkilatların təsirsizliyini səbəb kimi görür - FOTO

Beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca Azərbaycan torpaqlarının işğalının davam etdirməsinə gətirib çıxarıb. 

Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün keçirilən "Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı ifadə edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentop və AŞPA Prezidenti Rik Daemsin də qatıldığı konfransda Milli Məclis sədri müzakirə edilən mövzunun beynəlxalq ictimaiyyət üçün əhəmiyyətindən və aktuallığından söz açıb. Sahibə Qafarova AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinə sədrlik etdiyi 2016-2018-ci illərdə də miqrant uşaqların problemlərini diqqət mərkəzində saxladığını, beynəxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət ayırmasına çalışdığını xatırladıb.

bit.ly

Daha ətraflı

Spiker, sözügedən problemin ciddiliyini ifadə edən bəzi rəqəmləri təbdir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, 2018-ci ilin sonu etibarilə qlobal miqyasda 31 milyon uşaq öz doğma yurd-yuvalarından didərgin düşüb: "Təkcə 2014-2018-ci illər arasında 1600 miqrant uşaq həyatını itirib ki, bu da hər gün bir uşaq deməkdir və əminəm ki, reallıqda bu rəqəmlər daha qorxuncdur, çünki bir çox miqrant uşağın ölümü qeydə alınmır".

Milli Məclisin sədri daha sonra BMT-nin 2020-ci ilin may ayında açıqladığı hesabatına diqqəti çəkib və bildirib ki, təkcə 2019-cu ildə 19 milyon uşaq münaqişələr və zorakılıq səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu dünyada olan miqrantların 12 faizi deməkdir. Başqa sözlə, hər 8 miqrantdan biri uşaqdır: "Bu rəqəmlər qorxuncdur, son dövrlər COVID-19 pandemiyasının geniş vüsət alması isə vəziyyəti daha da qorxunc edir".

Sahibə Qafarova AŞPA və digər beynəlxalq təşkilatların miqrant uşaqlarla bağlı problemə daha çox diqqət ayırmasından məmnun olduğunu ifadə etsə də, vəziyyətin yaxşıya doğru dəyişməməsindən təəssüfləndiyini bildirib. 2017-ci ilin oktyabr ayında "Avropada itkin düşmüş qaçqınlar və miqrant uşaqlar" adlı qətnamə layihəsinə imza atan 22 AŞPA üzvündən birinin özü olduğunu xatırladan spiker, bu sahədə görülən işlərin az effektiv olmasınının səbəbini "nəticə ilə mübarizə"də gördüyünü diqqətə çatdırıb. Səbəblər isə müharibələr, hərbi münaqişələr, iqlimlə bağlı çağırışlar, yoxsulluq və digər qlobal problemlərdir. Bunlara qarşı isə effektiv mübarizə aparılmır.

Milli Məclis sədri Azərbaycanın da çoxsaylı qaçqın və məcburi köçkünlərə sahib olan və illər boyunca bu problemdən əziyyət çəkən bir ölkə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə məruz qalmış və nəticədə 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə üzləşib: "Lakin bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyətin səssizliyi və Ermənistanın cəzasız qalması 30 il boyunca ölkənin 20 faiz torpaqları üzərində işğalının davam etməsi ilə nəticələndi".
Spiker dolayısı ilə beynəlxalq ictimaiyyətin, xüsususilə də beynəlxalq təşkilatların səssizliyi və təsirsizliyinin son nəticədə qlobal xarakterli məsələlərin, o cümlədən miqrantlar probleminin daha da mürəkkəb hal almasına səbəb olduğunu ifadə edib.

Sahibə Qafarova Suriya, İraq, Liviya, Yəmən kimi ölkələrdə və bütövlükdə Aralıq dənizi regionunda mövcud olan qeyri-sabitliyin də, bunun Türkiyəyə üçün yaratdığı çətinliklərin də beynəlxalq təşkilatların fəaliyyətinin effektsizliyinin nəticəsi olduğunu dilə gətirib. Hazırda Türkiyənin ancaq Suriyadan 3,6 milyon nəfərə evsahibliyi etdiyini xatırladan spiker, buna görə Türkiyənin ən böyük təşəkkürə layiq olduğunu, lakin beynəlxalq ictimaiyyətin oturub düşünməli olduğunu vurğulayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı