SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2376_ilham-liyev-azad-olunan-razil-rd-quruculuq-isl-rin

SİYASƏT

Hamısı

İlham Əliyev: “Azad olunan ərazilərdə quruculuq işlərinə dost dövlətlərin şirkətləri dəvət edilib”

(3 Yil, 4 Ay öncə) 1,11 B İzlenme 0 Yorum
İlham Əliyev: “Azad olunan ərazilərdə quruculuq işlərinə dost dövlətlərin şirkətləri dəvət edilib”

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərində iştirak etmək üzrə dost dövlətlərin şirkətləri artıq dəvət edilib.  

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 

İşğal edilmiş ərazilərimiz uğrunda aparılan hərbi əməliyyatlar və onların nəticələrindən danışan dövlət başçısı bildirib ki, indi Azərbaycanda bərpa dövrü başlayıb, genişmiqyaslı quruculuq işləri aparılacaq:

“İlk növbədə Azərbaycan şirkətləri bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri də bərpa, rekonstruksiya və yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər edildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər”.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və ötən il ölkə ilə ticarət dövriyyəmizin həcmi 6 milyard dollara çatıb:

“Bunun böyük hissəsi enerji resursları aiddir. Hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da iki ölkə arasında xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək. Bu şübhəsiz ki, İtaliya ilə Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı