SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2215_anar-k-rimov-qarabagdaki-xristian-m-d-ni-v-dini-ab

SİYASƏT

Hamısı

Anar Kərimov Qarabağdakı xristian mədəni və dini abidələrinin ölkəmiz üçün əhəmiyyətindən danışdı

(3 Yil, 4 Ay öncə) 971 İzlenme 0 Yorum
Anar Kərimov Qarabağdakı xristian mədəni və dini abidələrinin ölkəmiz üçün əhəmiyyətindən danışdı

ÜMİDTV:    “Azərbaycanın çoxmədəniyyətli millət kimi qeyd edilməsi şübhə doğurmamalıdır və Qarabağın xristian mədəni irsi hökumət tərəfindən qorunacaq”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov “France 24” televiziya kanalına eksklüziv müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan multikulturalizmin mövcud olduğu və dinlərin çoxluq təşkil etdiyi ölkədir. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır. Bakıda erməni kilsəsi şəhərin mərkəzində yerləşir və hamıya açıqdır.

Türkiyə ilə bağlı aparıcının sualına cavab verərək qeyd edib ki, Azərbaycanın bölgədəki hərbi Qələbəsini dəstəkləyən Türkiyə dini yerlər və azlıqlarla bağlı məsələlərə müdaxilə etmir.

Sentyabrın 27-də başlayan, 44 gün davam edən ağır döyüşlərdə Azərbaycan ordusu Ermənistan qüvvələrini darmadağın edərək, Qarabağa daxil olub və Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktını imzalayıb.

Aparıcının Şuşa kilsəsi ilə bağlı sualına cavab verən A.Kərimov bildirib ki, Qarabağın əsas şəhəri olan Şuşada kilsəyə istənilmədən zərər dəyib, ancaq qərbli alimlərin Azərbaycanın kilsələri məhv etməsinə dair iddiaları düz deyil. Bunlar ölkəmizə qarşı ermənilərin apardığı təbliğatın nəticələridir.

Bakıda kilsə və sinaqoqların fəaliyyət göstərdiyi vurğulanaraq Qarabağdakı xristian dini abidələrinin əcdadlarımızdan miras qaldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan əcdadlarımızdan miras qalan xristian mədəni və dini irsini qoruyub və qoruyacaq.

Bildirilib ki, Ermənistan bölgədə bir çox müsəlman dini abidələrini dağıdıb. Təhlükəsizlik və hava şəraiti imkan verən kimi UNESCO-nun bölgəyə səfəri təmin olunacaq.

Ermənistanın Gəncənin yaşayış mərkəzini ballistik raketlə hədəfə aldığı, ortodoks kilsəsini dağıtdığı qeyd edilib.

A.Kərimov Fransa Senatının ötən həftə qəbul etdiyi Qarabağın müstəqilliyini tanımağı təklif edən qətnamənin sadəcə “kağız parçası” olduğunu söyləyib. Hökumət bu qətnamənin Fransanın rəsmi mövqeyini əks etdirmədiyini bəyan edib.

Sonda A.Kərimov Fransanı tərəfkeşliyə son qoymağa və illərdir Qarabağ münaqişəsində vasitəçilik etməyə çalışan Minsk qrupunun həmsədri olaraq etibarlı vasitəçi kimi qalmağa çağırıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı