SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1621_hikm-t-haciyev-bir-sira-raket-atilmis-yerl-r-var-k

SON XƏBƏR

Hamısı

Hikmət Hacıyev: “Bir sıra raket atılmış yerlər var ki, onlar bundan sonra müəyyən ediləcək”

(3 Yil, 5 Ay öncə) 1,19 B İzlenme 0 Yorum
Hikmət Hacıyev: “Bir sıra raket atılmış yerlər var ki, onlar bundan sonra müəyyən ediləcək”

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrdan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə təcavüz nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən sahibkarlara dəyən ziyanın aradan qaldırılması üçün sərəncam imzalanıb. Bu da bilavasitə ermənilərin Azərbaycanın mülki obyektlərinə qarşı hücumlarının nəticələrinin qiymətləndirilməsi və zərərin aradan qaldırılmasını ehtiva edir”.  

Bu sözləri bu gün Bakı Biznes Mərkəzində müharibə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən görülən işlər barəsində keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, İlham Əliyevin siyasətində Azərbaycan vətəndaşlarına hər zaman dəstək göstərilməsi prioritet məsələdir:

“2016-ci ildə Aprel döyüşlərində də mülki əhalinin mülkiyyətinə ciddi zərər dəymişdi və bu zərər aradan qaldırıldı. Tovuz hadisələri zamanı da ermənilər Azərbaycana qarşı təxribat etdilər. Bu zaman mülki insanlara dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işlər görüldü”.

“27 sentyabrdan başlayaraq ölkəmizə qarşı təcavüzün miqyası daha geniş xarakter daşıyır. Bu müddət ərzində Azərbaycanın mülki və yaşayış evlərinə 30 mindən çox mərmi, 227-dən çox raket atılıb. Bir sıra raket atılmış yerlər var ki, onlar bundan sonra müəyyən ediləcək”, - deyə H.Hacıyev qeyd edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı