"Keçmiş maklerdən cəmiyyətə şok xəbərdarlıq!"
"Keçmiş maklerdən cəmiyyətə şok xəbərdarlıq!"
Müraciət və Təhqirlər
Redaksiyamıza ziyalı müəllim tərəfindən ciddi bir müraciət daxil olub. İctimai maraq və maarifləndirmə məqsədini nəzərə alaraq, müəllifin şəxsi təcrübəsinə, müsahibələrinə və iddialarına söykənən həmin müraciəti hissə-hissə oxucularımızın diqqətinə çatdırırıq. Müraciət müəllifi bildirir ki, onu ictimaiyyəti açıqlama verməyə vadar edən əsas məsələ son dərəcə təhlükəli və narahatlıq doğuran bir sosial-siyasi təmayülün üzə çıxmasıdır.
İddia olunur ki, keçmişdə alqı-satqı işləri, maklerlik və müxtəlif növ şübhəli əməliyyatlarla məşğul olmuş bir şəxsin psixoloji manipulyasiyalar və fırıldaqçılıq vərdişləri ilə siyasətə atılması, hətta bir siyasi partiyanın rəhbərliyinə gəlməsi cəmiyyət üçün ciddi təhlükə siqnalıdır. "Söhbət heç də hüquq-mühafizə orqanlarına çağırış etməkdən və ya kimsə cəza tələb etməkdən getmir. Burada əsas məqsəd ictimaiyyəti, xüsusən də siyasi və sosial aktiv şəxsləri gözlənilən təhlükələrdən xəbərdar etmək, insanları bu növdən olan psixoloji manipulyasiyalardan qorumaqdır.”
Aydım İsmayılov Kimdir?
Müraciətdə qeyd edilir ki, söhbət əsasən Şamaxı rayonundan olan, uşaq yaşlarında Bakı şəhərinin Sahil qəsəbəsinə (keçmiş Primorski) köçən Aydım İsmayıl oğlu İsmayilovdan gedir. Həmin şəxs son zamanlar mətbuatda və ictimaiyyət arasında özünü "Aydın Bakuvi", "Aydın İsmayil", iş adamı, yazar, şair, siyasi elm mütəxəssisi və ya Sırvan Xeyriyyə Cəmiyyətinin sədri kimi təqdim etməyə başlayıb. Aydım İsmayılov müxtəlif rollara girməyi bacaran, qarşısındakı insanın psixologiyasını sürətlə mənimsəyən və aldatmağı bacaran bir şəxs kimi formalasır.
O, dindar mühitdə özünü "Sikeyib babanın ocağının nümayəndəsi", məmurların yanında "etibarli şəxs və ya idarəçi", iş adamlarının yanında "prodüserləri" həll edən "makler", son zamanlar isə qalstuk və eynək taxaraq "ciddi siyasi fiqur" kimi qələmdə verir. Aldığımız məlumata görə, bu şəxs digər şəxsləri də dələduzluq əmələrinin qurbanına çevirmişdir.
Aydımın Fəaliyyəti
Aydım və qardaşları (Azər və Aydın adları) ilk olaraq "Araz" kinoteatrının sonuncu mərtəbəsində məskunlaşaraq mühafizə fəaliyyətinə başlamışlar. Şirkət vasitəsilə evləri, obyektləri olan imkanlı şəxslərin mühafizəsini təşkil ediblər. Özəlləşdirmə dövründə məmurların əldən etdiyi zavod və mülklərin mühafizəsini boyunlarına götürərək mühüm dairələrlə tanışlıqlar qurublar.
Bir çox məmurlar öz adlarına mülk rəsmiləşdirmək istəmədikdə, bu qardaşlar şifahi və daxili müqavilələr bağlayaraq obyektləri öz qohumlarının, hətta Şamaxıdakı tanışlarının adına keçirməklə “etibar qazanmışlar”.
İddialar və Mülk Məsələləri
1 nömrəli Ayaqqabı Fabriki və otel biznesinə dair iddialara görə, "Abuvnoy" (Ayaqqabı Fabriki) rəhbərliyinin mülklərinin mühafizəsi və idarəçiliyi də bu yolla onların əlinə keçib. Daha sonra mülk sahibi Xaqani küçəsində yerləşən oteli makler səbikəsinin mərkəzinə çevirmişlər. Dikkat çəkən məqamlardan biri də Xaqani küçəsindəki həmin otelin fəaliyyət mexanizmi ilə bağlıdır. Həmin oteldə pulsuz çay və rahat mühit yaradaraq Bakının bütün maklerləri, alqı-satqı işi ilə məşğul olan şəxsləri oraya cəlb ediblər.
Keçmiş MTN əməkdaşı Akif Mustafayevin (“Akula Akif”) də daxil olduğu müəyyən əlaqələr çərçivəsində otelin 1-ci mərtəbəsindəki foyedə və görüş masalarında gizli kameralar və səs yazan cihazlar quraşdırılmışdır. Maklerlərin sahədəki böyük torpaq sahələri, proble fan tikintiləri, satılan və alınan milyonluq mülklər haqqında söhbətləri 10 dəqiqə sonra 3-cü mərtəbədə oturan Aydım İsmayilova çatdırılır. Həmin otelin 3-cü mərtəbəsində bağlı qapılar arxasında oturan xüsusi qadın işçilərin bu səs yazılarını dinləyərək qeydlər apardığı və strateji məlumatlar topladığı vurğulanır.
Qeyd: “Aydım Xlestakov”un şok yaradacaq sərgüzəştləri növbəti sayımızda.
Ardı var…
Gundemxeber.org
Mənbə: “Siyasətə addım atan keçmiş makler: Ziyalı müəllimdən ictimaiyyətə ciddi xəbərdarlıq”

