"In Abseron, yanacaqdoldurma m?nt?q?sind? yangin"

Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib

"In Abseron, yanacaqdoldurma m?nt?q?sind? yangin"

Abseron rayonu, Mammadli kəndində yanacaqdoldurma mərkəzinin ərazisində yanğın baş verib.

Bu barədə Arazmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, hadisə yerinə Dövlət Yangından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yangının mərkəzin ərazisində yerləşən, ümumi sahəsi 260 kv.m. olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yangınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər bokslara yayılmasına, habelə yanacaqdoldurma mərkəzi ilə əlaqə yaratmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yangın nəticəsində iki boksun yanar konstruksiyaları 60 kv.m. sahədə, həmçinin dam örtüyünün taxta atmalari 260 kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb. Digər obyektlər və yanacaqdoldurma mərkəzi yangından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyi hadisənin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: Arazmedia.az