Qazi ailəsinə müharibə əzabları və rəqabət!
Qazi ailəsinə müharibə əzabları və rəqabət!
Hörmətli cənab Prezident!
Mən kasib müəllim ailəsiyəm. İki qardaşım müharibə iştirakçısıdır: biri I qrup müharibə əlilidir, digəri isə müharibə veteranıdır.
Valideynlərim 100 ildən artıqdır ki, bu Dövlətə və Xalqa xidmət edirlər. Biz, yaşamaq üçün Naxçıvanın Sahbuz rayonunda, şəxsi ata həyətimizdə bir dükan tikə bilmirik. Buna bəzi məmurlar imkan vermir. Sahbuz rayon İcra Hakimiyyəti bildirir ki, bu, onların səlahiyyəti daxilində deyil, onlar icraçıdırlar. Naxçıvan sərhəd komitəsi də müxtəlif bəhanələr gətirərək, bizim işimizi qərəzli şəkildə maneə törədir.
Sizin Naxçıvan üzrə səlahiyyətli nümayəndəniz Ceyhun Cəlilov da məsələdən xəbərdardır. Lakin bizə kömək edən yoxdur. İş orasındadır ki, bu qadağa, ayrımçılıq təkcə bizim, iki qazisi olan ailəmizə tətbiq olunub.
Rayonda hər kəs nəsə tikir, qurur. Heç kim onlara mane olmur. Biz isə, qazi ailəsi olaraq, hüquqlarımızdan məhrumik.
Sizdən xahiş edirəm, ya bizə 50 illik şəxsi həyətimizdə tikintiyə icazə verilsin, ya da da insan kimi yaşaya biləcəyimiz bir dövlətdə ailəlikcə yaşamağımıza şərait yaradılmalıdır.
Fariz Quliyev
Araz Media xəbər portali

