"Elektron müraciətə yeni qaydalar əlavə olunur"

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar əlavə edilir

"Elektron müraciətə yeni qaydalar əlavə olunur"

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə dair tələblər Elektron Hökumət İnformasiya Sistemi (EHIS) üzərindən əməliyyatların aparılması üçün yeni normativ hüquqi normalarla genişləndirilir.

Arazmedia.az xəbər verir ki, bu dəyişikliklərlə əlaqədar "Vətəndaşların müraciətləri haqqında" qanuna yeniliklər təklif edilir. Dəyişiklərin əsas məqsədi müraciət edən şəxsin müraciətinin cavablandırılma üsuluna dair seçim imkanlarının artırılmasıdır. Müraciətlərin cavablandırılması üçün artıq elektron və ya poçt ünvanına cavab verilməsi, həmçinin EHIS vasitəsilə cavablandırma şərtləri də əlavə olunur.

Eyni zamanda, müraciətlərin (EHIS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHIS vasitəsilə cavablandırılması üçün müraciət edən şəxsin fərdi identifikasiya nömrəsi (FIN) və hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) təqdim edilməsi tələb olunacaq. Müraciətlərin elektron ünvana cavablandırılması zamanı isə cavabın göndəriləcəyi elektron ünvanın təqdim edilməsi zəruridir.

Sənədə əsasən, vətəndaşların şəxsi identifikasiyaya dair sənədlərlə müraciət etməsi, ya da müraciət olunan qurumun rəsmi internet informasiya resursunda, yaxud EHIS vasitəsilə elektron imza ilə qeydiyyatdan keçməsi tələb olunur. Hər üç qaydada qəbula yazılmış vətəndaş qabul günü şəxsi vəsiqəsini, əgər müraciət edən vətəndaşın nümayəndəsi gələcəksə, onun səlahiyyətlərini təsdiq edən sənəd təqdim etməlidir.

Dəyişikliyə görə, elektron müraciətlər həmin müraciətə baxan subyektin rəsmi internet informasiya resursuna daxil ediləcək, həmin subyektin və ya onun vəzifəli şəxsin elektron ünvanına göndəriləcək, ya da EHIS vasitəsilə təqdim olunacaq.

Ümumilikdə, "Elektron hökumət" sahələrində fəaliyyətin daha səmərəli təşkili, dövlət idarəçiliyinin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eləcə də müvafiq sahələr üzrə təhlillərin aparılması, proqnoz və hesabatların hazırlanması, onların əsasında dövlət tənzimləməsi həyata keçirilməsi məqsədilə zaman-zaman müvafiq normativ hüquqi aktlarda dəyişikliklər edilir.

Mənbə: Müraciətlərə baxılması qaydası dəyişir